Accessibility links

Tramp Ağ Evdə Ərdoğanı qəbul edib


ABŞ prezidenti Donald Tramp Suriyada kürd qüvvələrinin silahlandırılmasına dair qərarından bir həftə sonra Ağ Evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul edib. Trampın qərarı Türkiyədə böyük narazılıqla qarşılanıb.

Tramp görüşdən əvvəl verdiyi açıqlamada iki liderin iki ölkə arasında münasibətlərə dair "uzun və çətin danışıqlar aparacağını" bildirib.

"Bizim çox yaxşı münasibətlərimiz olub və biz bu münasibətləri daha yaxşı edəcəyik. Biz uzun, möhkəm və etibarlı danışıqlar aparacağıq", o bildirib.

Birləşmiş Ştatlar kürdlərin YPG qüvvələrini Suriyada İŞİD-ə qarşı mübarizədə ən effektiv hərbi qruplardan biri kimi tanıyır və yaraqlıların de-fakto paytaxt adlandırdığı Raqqadan sıxışdırıb çıxaracağına ümid edir.

Lakin Türkiyə YPG-ni fəaliyyəti qadağan olunmuş PKK təşkilatı ilə əlaqəsi olan terrorçu qrup hesab edir.

Bizim çox yaxşı münasibətlərimiz olub və biz bu münasibətləri daha yaxşı edəcəyik. Biz uzun, möhkəm və etibarlı danışıqlar aparacağıq.
Donald Tramp

Ərdoğan ABŞ-ın kürd qüvvələrini silahlandırmasının iki ölkə arasında strateji əlaqələrə zidd olduğunu deyib.

O, Vaşinqtonda müxbirlərlə söhbətində Türkiyənin İŞİD-ə qarşı mübarizədə YPG döyüşçülərindən istifadə edilməsini heç vaxt qəbul etməyəcəyini bir daha təkrar edib.

Ərdoğan həmçinin bildirib ki, ABŞ və Türkiyə arasında əməkdaşlıq "dünya üçün olduqca əhəmiyyətlidir". Türkiyə prezidenti iki ölkə arasında iqtisadi və hərbi ələqələrin genişləndirilməsinə söz verib.

Ərdoğanın Ağ Evə gəlişindən bir qədər öncə Türkiyə liderini dəstəkləyən nümayişçilərlə kürdlərin tərəfdarları arasında qarşıdurma yaranıb. Polis qrupları tez zamanda aralayıb, Ağ Evin qarşısında isə Gizli xidmət idarəsinin agentləri yerləşdirilib

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG