Accessibility links

Tramp gözlənilmədən İraqa səfər edib


ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların İraqda yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmək üçün İraqa gözlənilmədən səfər edib.

ABŞ prezidentinin təyyarəsi Bağdad yaxınlığındakı Əl-Əsəd hərbi bazasında enib.

“Prezident Tramp və birinci xanım hərbi qüvvələrimiz və yüksək rütbəli rəhbərliyə göstərdikləri xidmətə, nailiyyətlərinə və verdiyi qurbanlara görə təşəkkür etmək və Milad bayramı münasibətilə ən xoş arzularını çatdırmaq üçün Milad gecəsi İraqa səfər ediblər” – deyə, Ağ Evin mətbuat katibi Sara Sanders Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

Bu, prezident Trampın münaqişə zonasına etdiyi ilk səfərdir. ABŞ prezidentinin İraqa gözlənilmədən səfəri onun Birləşmiş Ştatların hərbi qüvvələrinin Suriyadan çıxarılacağını elan etməsindən bir neçə gün sonraya təsadüf edir.

Tramp hakimiyyətə gəldiyi vaxtdan ABŞ-ın münaqişə zonalarında yerləşdirilmiş hərbi qüvvələrini ziyarət etmədiyinə görə dəfələrlə tənqidlərə məruz qalmışdı.

Hazırda İraqda hərbi əməliyyatlar aparılmasa da, ABŞ hərbçiləri İslam Dövləti qrupuna qarşı mübarizə aparan İraq hərbi qüvvələrinə təlim verir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG