Accessibility links

Tramp G-20 sammitində azı 8 ikitərəfli görüş keçirəcək


ABŞ prezidenti Donald Tramp rəsmi dövlət səfərindən bir ay sonra bu həftə Osaka şəhərində G-20 sammitində iştirak etmək üçün yenidən Yaponiyaya yola düşür.

Tramp Böyük 20-lər sammiti çərçivəsində dünya ölkələrinin liderləri ilə bir sıra ikitərəfli görüşləri keçirəcək. ABŞ prezidentinin görüşəcəyi liderlər arasında Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Şi Tsinpin, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın olacağı bildirilir.

Tramp və Putinin Osakada G-20 sammiti çərçivəsində planlaşdırılan görüşü xüsusi prokuror Robet Müllerin Trampın seçki kampaniya qərargahının 2016-cı ildə ABŞ prezident seçkiləri zamanı Rusiya ilə əlaqələri olmadığına dair nəticə çıxarıldığı hesabatının açıqlanmasından sonra ilk görüş olacaq.

Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiya paytaxtı Helsinkidə zirvə görüşü zamanı, 16 iyul, 2018.
Arxiv fotosu - ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Finlandiya paytaxtı Helsinkidə zirvə görüşü zamanı, 16 iyul, 2018.

Trampın dünya liderləri ilə aparacağı müzakirələrin diqqət mərkəzində hazırda İranla yaranmış gərginliklərin olacağı gözlənilir. Keçən həftə Tramp İranın Amerikanın pilotsuz dronunu vurub salmasından sonra cavab hücumlarını təxirə salıb. Rusiya prezidenti Vladimir Putin bundan öncə ABŞ-ın regionda hərbi gücdən istifadə etməsinin “fəlakət ola biləcəyi” ilə bağlı açıqlama verib.

Tehran Putinin dəstəklədiyi yeganə avtoritar hökumət deyil Putin həmçinin Venesuela prezidenti Nikoas Maduro və Suriya prezidenti Bəşar Əsədi dəstəkləyrək, ABŞ-ın müqavimətinə baxmayaraq, onların hakimiyyətdə qalmasına kömək edir. Moskva və Pekin arasında əlaqələrin güclənməsi də Vaşinqtonda bəzi müşahidəçilərin narahatlqlarına səbəb olur.

Müşahidəçilərin fikrincə, Putinin əsas məqsədi Trampı Konqres tərəfindən ciddiləşdirilmiş sanksiyaların yumaşaldılmasına çalışmaqdan ibarət ola bilər.

Keçən həftə Putin ABŞ və Avropa İttifaqı tərəfindən 2014-cü ildən tətbiq edilmiş sanksiyaların vurduğu zərərin 50 milyard dollar olduğunu etiraf edib. Sanksiyalar Putinin mövqeyinin zəfləməsinə və onun Rusiyanın dünyada nüfuzunu artıra biləcək razılaşmaların əldə edilməsinə dair ümidlərinin azalmasına gətirib çıxarıb.

Tramp və Putin arasında keçən il iyul ayında Helsinkidə iki saatdan artıq sürən görüş yalnız onların tərcüməçilərinin iştirakı ilə keçib. ABŞ kəşfiyyat orqanlarının görüşün məzmunu ilə bağlı məlumatı olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG