Accessibility links

Tramp G-20 sammitinin diqqət mərkəzindədir


Şənbə günü baş tutan dünyanın ən böyük iyirmi itisadiyyatına sahib ölkələrinin iştirak etdiyi G-20 sammitin son günündə artan etirazlar fonunda diqqət mərkəzində ABŞ prezindeti Donald Tramp yer alıb.

ABŞ lideri sammit çərçivəsində Britaniya, İndoneziya, Sinqapur, Yaponiya və Çinin liderləri ilə görüşlər keçirib.

Tramp həminin miqrasiya və sağlıq məsələrində Afrika ilə əməkdaşlıq dair müzakirələrdə və qadın sahibkarlarla bağlı keçirilən sessiyada iştirak edib. Orada o,Birləşmiş Ştatların Dünya Bankının təşəbbüsü və qızı İvankanın dəstəyi ilə həyata keçirilən Qadın Sahibkarların Maaliyyələşdirilməsi Təşəbbüsünə 50 milyon dollar ayıracağını deyib.
Həmin tədbirdə o, G-20 liderləri arasında ticarət və iqlim siyasətinin ən böyük tənqidçisi olan Almaniya kansleri Angela Merkelə qarşı barışıq jesti edib.

Merkellə bağlı tərif sözləri

Tramp şənbə günü Hamburqda keçirilən anti-kapitalist etirazlara baxmayaraq, Merkeli Almaniyanın sammitə gözəl ev sahibliyi etdiyinə görə alqışlayıb.

Almaniya rəsmiləri şənbə günü Hamburq küçələrində 100 minə yaxın etirazçının oludğunu təxmin edir.

Trampın bu gün baş tutacaq ən son görüşünün mətin kecəyi gözlənilir, çünki o, Çin prezidenti Şi Tsinpinqlə Şimali Koreya və Çinin polad ixracı məsələlərini müzakirə edəcək. Tramp Çin rəhbərliyini Şimali Koreyanı təcrid etmək və raket sınaqları keçirməsinin qarşısını almaq üçün nüfuzundan istifaə etməməkdə günahlandırıb.

Tramp-Putin

Sammitdə ən çox müzakirə olunan məsələlərdən biri Trampın Rusiya prezident Vladimir Putinlə görüşü olub. Onlar arasında gözlənilidyindən daha uzun, iki saat davam edən görüş keçirilib. Belə ki, bu səbəbdən Trampın Britaniya baş naziri Teresa Meylə görüşü şənbə gününə təxirə salınıb.

Trampın cümə günü Putinlə görüşünün səmimi tonuna baxmayaraq, dövlət katibi Rek Tillerson deyib ki, ABŞ lideri Putinə Rusiyanın ABŞ sekilərinə müdaxilə etdiyinə dair iddialarla bağlı dəfələrlə təzyiq göstərib.

Rusiyanın Daxili Siyasəti və Siyasi Qurumları proqramının sədri Ander Kolesnikov deyir ki, “Tram hələ də, Rusiyaüçün bir ümiddir. O hələ də, qlobal gündəmi Rusiyanın xeyrinə dəyişə biləcək insandır və Rusiya da Trampın emosionallığından istifadə etməyə çalışacaq”.

Görüşün Tramp üçün hər hansı faydasının olub-olmadığı isə bəlli deyil.
Belə görünürdü ki, ABŞ lideri diqqətini dəyər verdiyi məsələlər və münasibətlərə yönəltmişdi, ona maraqlı olmayan məsələlərə deyil. Sammit zamanı o, ABŞ-ı Paris iqlim sazişindən çıxarmağa qərar verəndən sonra, Merkel və digərlərinin üstünlük vermək istədiyi istiqlim dəyişikliyi ilə bağlı heç nə danışmayıb.

Tramp-Mey

Britaniya baş naziri ilə görüşü zamanı Tramp Putinlə görüşünün “çox gözəl” keçdiyini deyib.

Tramp və Mey Brexit sonrası münasibətlərindən danışıb. Trampın “Amerika Birinci” və Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarı bu iki tarixi müttəfiqin daha yaxın münasibtələrinə səbəb yaradır.

XS
SM
MD
LG