Accessibility links

Tramp Böyük Yeddilik liderlərinə “ədalətli və qarşılıqlı” ticarətə ehtiyac olduğunu deyib


ABŞ prezidenti Donald Tramp Kanadanın Kuebek əyalətində keçrilən G-7 zirvə toplantısından bəyanatla çıxış edərək, sammit çərçivəsində uğurlu görüşlər keçiridiyini, “ədalətli və qarşılıqlı” ticarətə ehtiyac olduğunu və İran hədələrinə cavab verilməsini müzakirə etdiyini bildirib.

Tramp müxbirlərə bildirib ki, dünya liderlərinə ədalətsiz xarici ticarət təcrübələrinin qarşısının alınması üçün lazımi addımların atılacağını deyib.

Prezident polad və alüminium idaxılına tariflərin tətbiq edilməsi qərarı ilə Kanada, Meksika və Avropa ölkələrini qəzəbləndirib.

Tramp həm də prezident Barak Obamanın mirası, İranla nüvə sazişdən çıxmaq qərarı verib və avropalı müttəfiqlərin narazılığına səbəb olub.

ABŞ prezidenti deyib ki, o, “sülh missiyası” üçün Sinqapura yola düşür. Tramp orada Şimali Koreya lideri Kim Conq Un ilə tarixi görüşünü keçirəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG