Accessibility links

Tramp General Motors şirkətini istehsalı Meksikaya köçürdüyünə görə tənqid edib


ABŞ prezidenti seçilmiş Donald Tramp ölkənin ən böyük avtomobil istehsalçısı olan General Motors şirkətini Meksikada istehsal etdiyi Chevrolet-Cruze avtomobillərini vergi ödəmədən satılmaq üçün Amerikaya göndərdiyinə görə kəskin tənqid edib. Tramp General Motors şirkəti üçün yüksək tariflər tətbiq ediləcəyi ilə hədələyib.

"Ya avtomobilləri ABŞ-da istehsal edin, ya da yüksək gömrük rüsumu verin"-deyə Tramp Tvitter səhifəsində yazdığı mesajda bildirib.

General Motors şirkəti kompakt Cruze avtomobil modellərini Birləşmiş Ştatlarda, ölkənin sənaye mərkəzi olan Ohayo ştatının Lordstaun şəhərindəki zavodda istehsal etdiyini bildirib. Avtomobil istehsalçısı bildirib ki, Meksikadan satış üçün yalnız haçbek (hatchback) modeli gətirilir. Bu isə keçən ilin 11 ayı ərzində General Motors şirkətinin satdığı 172 min Cruze modelinin kiçik bir hissəsini təşkil edir. Meksika ilə yanaşı, General Motors 21 min ədəd avtomobili Çində istehsal edir.

General Motors şirkətinin istehsal etdiyi Chevrolet Cruze modeli
General Motors şirkətinin istehsal etdiyi Chevrolet Cruze modeli

Avtomobil istehsalçısının bildirdiyinə görə, keçən ilin iyun ayında Cruze modelinə istehlakçı tələbatı o qədər böyük olub ki, Lordstaundakı zavod bu qədər sifarişi yerinə yetirə bilməyib. Bunun nəticəsində şirkət Meksikada Ramos Arispe şəhərindəki mövcud zavodunda istehsal gücünü artırmalı olub.

General Motors şirkətinin 2009-cu ildə Cruze modelinin istehsalına başlamasından sonra 3 milyondan çox avtomobil satılıb. Bu satışların yarısı Çinin payına düşür. Bundan sonra isə ABŞ, Rusiya və Braziliya gəlir.

ABŞ-ın digər avtomobil istehsalçıları kimi General Motors şirkəti də Meksikada ucuz işçi qüvvəsindən istifadə edərək, fəhlələrə saatda 10 dollar ödəyir. ABŞ-da avtomobil zadovlarının işçilərinə saatda təxminən 33 dollar ödənilir. Avtomobil istehsalçıları Birləşmiş Ştatlar da daxil olmaqla dünyanın 40 ölkəsi ilə azad ticarətə dair razılaşmadan bəhrələnir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG