Accessibility links

Tramp hökümətin bağlanmasına son qoyan qanunu imzalayıb


ABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp

ABŞ-ın İdarəçilik və Büdcə idarəsi cümə günü bağlı olan federal hökümət idarələrinin açıldığını və işçilərin işlərinə geri dönmələrini bildirən memorandum yayıb.

Memorandumda idarələrin “tez və nizamlı şəkildə” açılmalarına çağırılır.

Bundan öncə ABŞ prezidenti Donald Tramp üç həftəlik büdcə planını imzalayaraq, Amerika tarixinin ən uzun hakimiyyətin bağlanmasına (şatdaun) son qoyub.

36 gün davam edən qızğın müzakirə və dialoqdan sonra görürəm ki, demokrat və respublikaçılar partiyalarının siyasətinə sadiq fikirləri kənara qoyub, fikrimcə, Amerika xalqının maraqlarını önə çəkib. "Bu, bütün tərəflərin bu gözəl xalqın mənfəəti naminə birlikdə işləmələri üçün bir fürsətdir" – deyə, Tramp Ağ Evdəki çıxışında bildirib.

Cümə günü axşamı həm ABŞ Senatı həm Nümayəndələr Palatası qanun layihəsini təsdiq edib, daha sonra isə Tramp onu imzalayıb.

Qanuna əsasən, hökümət fevralın 15-dək maliyyələşdiriləcək. Müvəqqəti büdcədə Trampın ABŞ-Meksika sərhədində inşa etmək istədiyi divar üçün pul ayrılmayıb. Prezident deyib ki, bu müddətdə sərhəd təhlükəsizliyini dəyərləndirmək üçün ikipartiyalı komitə yaranacaq, lakin Tramp həmçinin bildirib ki, o, iddia olunduğu kimi, ABŞ və Meksika arasındaki bütöv sərhəddə beton divarın inşa edilməsini tələb etmir.

“Bizim 2 min millik beton divara ehtiyacımız yoxdur. Biz heç vaxt belə bir şey təklif etməmişik” – o deyib.

Hökümətin bağlanmasına son qoyulacağına dair xəbər şatdaunun 35-ci gününə təsadüf edib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer
Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer

“Şatdaun” nəticəsində yüz minlərlə federal işçi müvəqqəti məzuniyyətə göndərilib, bəziləri isə maaş almadan işləmək məcburiyyətində idi.

Trampın çıxışından sonra cümə günü Kapitolidə müxbirlər önündə çıxış edən Senatın azlıq lideri Çak Şumer deyib ki, Tramp demokratların höküməti yenidən açmaq məsələsi ilə sərhəd təhlükəsizliyi məsələsini ayırmaq tələbinə razılıq verib. O, Trampın “dərsini öyrəndiyinə” ümid etdiyini deyib.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi isə müxbirlərə deyib ki, “Mən hər böhranı çətinlik və ya fürsət olaraq görürəm.” O, Trampın hökümətin bağlanması ilə bağlı addımlarını xarakterizə etməkdən yayınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG