Accessibility links

Tramp: Həsən Ruhani ilə görüş mümkündür


Prezident Donald Tramp
Prezident Donald Tramp

Prezident Tramp bildirib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları yumşaltması prezident Həsən Ruhanini danışıq masasına cəlb etsə, o sanksiyaları yumşalda bilər.

Tramp çərşənbə İran prezidenti ilə görüşün mümkün olduğunu deyib.

“Bu baş verə bilər. Bəli, bu baş verə bilər. Görüşlə heç bir problem yoxdur. İran özünü düz aparmalıdır, çünki onlar indi çox pis vəziyyətdədir. Və onlar bu vəziyyəti düzəltməlidir, çünki onlar bunu asanlıqla edə bilər”, Tramp deyib.

Tramp bildirib ki, İran razılıq əldə etmək istəyir, çünki onlar “böyük maliyyə çətinliyi çəkir və sanksiyalar getdikcə sərtləşir”.

İran prezidenti Həsən Ruhani sanksiyalar qüvvədə qaldığı müddətdə Trampla görüşün olmayacağını bildirib. O, çərşənbə günü deyib ki, bu cür danışıqlar “mənasız” olacaq.

Tramp ötən il ABŞ-ı 2015-ci ildə əldə olunan razılıqdan geri çəkib və razılıq əsasında qaldırılan sanksiyaları bərpa edib.

Fransa prezidenti Emmanuel Makron razılığı qoruyub saxlamağa çalışır və bu səbəblə də İranı razılığa əməl etməyə şirnikləndirmək üçün 15 milyard dollarlıq kredit təklif edir və Trampla Ruhani arasında mümkündür sentyabrın 23-də başlayan BMT-nin Baş Assableyası zamanı görüş təşkil etmək istəyir.

XS
SM
MD
LG