Accessibility links

Tramp hesabat məruzəsi ilə bölünmüş ölkəni birləşdirmək cəhdi etdi [Video]


Tramp hesabat məruzəsi ilə bölünmüş ölkəni birləşdirmək cəhdi etdi
please wait

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ prezidenti Donald Tramp Konqresdə özünün ilk illik hesabat məruzəsində birlik mesajı verdi. Tramp, çiçəklənən iqtisadiyyatı vurğulayaraq, infrastruktur inkişafı üçün Konqresdən 1.5 trilyon dollar istədi. Prezident həm də ölkəyə qanunsuz yolla gətirilən uşaqların vətəndaşlıq alması üçün 12 illik prosedur təklif etdi.

Prezident Tramp illik hesabat məruzəsini edərkən administrasiyasının nailiyyətlərini vurğuladı və xaricdən gələn hədələrlə bağlı sərt danışdı.

Prezident Donald Tramp: “Biz dünyanın müxtəlif yerlərində yaramaz rejimlər, terrorçu qruplar və bizim maraqlarımıza, iqtisadiyyatımıza və dəyərlərimizə meydan oxuyan Çin və Rusiya kimi rəqiblərlə üz-üzəyik. Bu təhlükələrə qarşı durduğumuz zaman zəifliyik göstərməyin münaqişəyə ən aşkar yol olduğunu, misilsiz gücə malik olmağın isə ən yaxşı müdafiə olduğunu anlayırıq.”

Şimali Koreya Amerikaya və onun müttəfiqlərin ərazilərinə çatacaq gücə malik olan nüvə raketləri hazırlamağa çalışır. Bu məqam da Trampın diqqətindən kənarda qalmadı.

Tramp daxili siyasi harmoniya üçün nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və immiqrasiya siyasətinin islahatına çağışır etdi.

Prezident Donald Tramp: “Bu gecə, hamıya fikir ayrılıqlarımızı kənara qoyaraq, ortaq sahələri tapmaq və insanlara çatdırmalı olduğumuz birliyə nail olmağa çağırış edirəm. Bu çox vacibdir.”

Trampın məruzəsi rekord sayda müxalifət qanunvericiləri tərəfindən boykot edildi.

Konqresin Qara Kokusu Trampın bu yaxınlarda Afrika ölkələri haqqında alçaldıcı qeydlərindən sonra həmrəylik nümayiş etdirərək üzərilərinə kente parçası asmışdılar.

Trampın məruzəsinə demokratların rəsmi cavabında prezidentin adı bir dəfə də qeyd edilmədi. Həmin nitqi babasının qardaşının ən popular prezidentlərdən biri olan konqresmen Co Kennedi oxudu.

Konqresmen Co Kennedi, Demokratlar partiyası: “Sataşqanlar zərbə endirə bilər. İz də qoya bilərlər. Lakin onlar heç zaman, xalqın gücü və ruhunu gələcəyin müdafiəsi üçün bir araya gətirməyə müvəffəq olmayıblar.”

45-ci prezidentlə bağlı fikirlərin qütbləşdiyi bir yerdə, bu nitqin seçicilərin fikrinin kəskin dəyişəcəyi ehtimalı çox azdır.

Stiven Payfer, Brukinqs İnstitutu: “Düşünürəm ki, nitqdə onun dəstəkçilərinin bəyəndiyi çoxlu məqamlar var idi. Amma bütövlükdə gümanım odur ki, bu nitq daha geniş ictimai rəydə ciddi dəyişikliklərə səbəb olmayacaq. Nəzərdə tuturam ki, bu uzun bir nitq olsa da, gələcəyə irəliləmək üçün formalaşmış bir fikir yox idi. Bu daha çox ideyalar siyahısı idi və heç bir spesifik təklif yox idi.”

Prezidentin birlik çağırışına və ilk prezidentlik ilinin böyük uğur gətirdiyini deməsinə baxmayaraq, üfüqdə tünd buludlar görünməyə davam edir. Xüsusi prokuror Tramp seçki kampaniyasının Rusiya əməliyyatçıları ilə əlaqələrini araşdırmağa davam edir.

XS
SM
MD
LG