Accessibility links

Tramp Hindistanı Pakistanla əlaqələri yaxşılaşdırmağa çağırır


Ağ Evin açıqlamasında deyirlir ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp çərşənbə axşamı BMT-nin Baş Assambleyasında Hindistanın baş naziri Narendra Modini Pakistanla əlaqələri yaxşılaşdırmağa və Kəşmir xalqının həyatını yaxşılaşdıracağına dair verdiyi vədi yerinə yetirməyə çağırıb.

Pakistanın baş naziri İmran Xan da cümə günü beynəlxalq ictimaiyyəti Hindistanın nəzarətindəki mübahisəli Kəşmir məsələsinə müdaxilə etməyə və nüvə qonşuları Hindistanla Pakistan arasında müharibənin qarşısını almağa çağırdı.

Əhalisinin çox hissəsi müsəlman olan Kəşmir uzun illərdir hər ikisi nüvə silahına malik olan Pakistanlıa Hindistan arasında ixtilaf nöqtəsi olub.

Hindistan parlamenti keçən ay Kəşmir bölgəsinə muxtariyyət təmin edən xüsusi statusu ləğv edən qətnaməni təsdiq etdikdən sonra bölgədə gərginliklər xeyli artıb.

30 ildir separatçılar tərəfindən zorakılıqlara səhnə olmuş bölgədə etirazların qarşısının alınması üçün bölgədə qadağa saatı kimi məhdudiyyətlər qoyuldu, İnzibati paytaxt Srinaqarın boş qalmış küçələrinə əsgərlər yerləşdirildi, İnternet, mobil və telefon rabitə vasitələrinı bağlandı.

Dehlidə solçu təşkilatların tərəfdarı olan yüzlərlə tələbə və Kəşmir sakini Hindistan hökuməti tərəfindən atılan addıma etiraz edərək, bunu Kəşmir xalqına qarşı qəddarlıq adlandırdı.

"Hindistanın Kəşmirindəki etirazlar və fikir ayrılıqlarına təzyiqləri dünya müsəlmanlarının çoxunu ekstremizmə sürükləyəcəkm," deyə Pakistanın Baş Naziri İmran Xan Pakistanın nəzarətindəki Kəmirdə etdiyi çıxışı zamanı deyib.

XS
SM
MD
LG