Accessibility links

Tramp: "İŞİD-in pərdələri bir neçə gün ərzində endirilə bilər"


ABŞ prezidenti gələn həftə özünü xilafət elan edən İŞİD üzərində rəsmən qələbə elan ediləcəyini gözlədiyini bildirib.

Qələbənin rəsmən elan edilməsi gələn həftə baş verə bilər. Biz qələbə ardınca qələbə əldə etmişik

"Heç kim bunun belə tez baş verəcəyini gözləmirdi” - deyə, Donald Tramp İslam Dövləti qrupunun dağıdılması üçün yaradılan qlobal koalisiya üzvlərinə deyib.

"Qələbənin rəsmən elan edilməsi gələn həftə baş verə bilər. Biz qələbə ardınca qələbə əldə etmişik”, prezident əlavə edib.

ABŞ-ın müdafiə və kəşfiyyat rəsmiləri Suriyada hələ də 1500-ə yaxın İŞİD yaraqlısının qaldığına inansa da, dəyərləndirmədə olduqca ehtiyatlıdır.

Donald Tramp ötən dekabrda ABŞ-ın 2 min əsgərlik hərbi qüvvəsini Suriyadan çıxarmaq qərarını elan etməklə ABŞ millət vəkillərini və beynəlxalq müttəfiqləri təəccübləndirmişdi.

Cim Mattis bu qərardan bir neçə gün sonra müdafiə naziri vəzifəsindən istefa verib.

Tənqidçilər bildirir ki, Suriyada ABŞ qoşunlarının çıxarılmasından sonra yaranacaq boşluqda İŞİD və Əl-Qaidə qüvvələri yenidən baş qaldıra bilər. Bu qüvvələrin müəyyən elementləri İraqda da qalır.

Toplantını giriş çıxışı ilə açan dövlət katibi Mayk Pompeo müttəfiqlərə deyib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması “Amerikanın İŞİD-ə qarşı döyüşünün sonu deyil”. Pompeo bildirib ki, İŞİD təhlükə olaraq qalır.

Pompeo müttəfiqləri əmin etməyə çalışıb ki, ABŞ İŞİD cihadçılarına qarşı mübarizəyə rəhbərlik etməkdə davam edəcək.

Lakin qüvvələrin çıxarılmasından sonra bu mübarizənin necə davam etdiriləcəyi bəlli deyil.

ABŞ-ın Müdafiə Nazirliyinin fevralın 4-də yaydığı hesabatda da deyilib ki, İŞİD ABŞ qoşunları Suriyanı tərk etdikdən sonra 6-12 ay ərzində mövqelərinə qayıda və hətta “məhdud ərazi” belə ələ keçirə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG