Accessibility links

Tramp İdlibə edilən bombardmanın dayandırılmasını tələb edir


ABŞ prezidenti Donald Tramp Suriya, Rusiya və İrandan Suriyanın İdlib vilayətini bombalamağı dayandırmağı tələb edib.

Tramp bazar günü yazdığı tvitində bildirib ki, bombardman çoxlu sayda günahsız insanın ölümünə səbəb olur və "bütün dünya da bu qırğını izləyir".

Ölkənin şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşən İdlib vilayəti prezident Bəşər Əsədi devirmək istəyən üsyançılar tərəfindən nəzarət edilən sonuncu böyük ərazidir.

Suriya və Rusiya qüvvələri son günlərdə İdlibə olan bombardman və raket hücumlarını kəskin şəkildə artırıb.

Birləşmiş Millətlər Təşkilatı və digər humanitar qruplar İdlibə qarşı hər cür hücumların bu ərazidə ciddi insan tələfatlarına və kütləvi qaçqın böhranına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bomba hücumları Türkiyə, Rusiya və İran arasında atəşkəs razılığının əldə edilməsindən bir neçə ay sonraya təsadüf edib. Hazırda 3,6 milyon suriyalı qaçqının yaşadığı Türkiyə İdlibə edilən bu hücumların sərhəddə daha böyük qaçqın böhranına səbəb ola biləcəyindən narahatdr.

XS
SM
MD
LG