Accessibility links

Tramp: İran amerikalılara hücum etsə, İranın 52 obyekti hədəf alınacaq


ABŞ prezidenti Donald Tramp Tehran İranın hərbi komandiri Qasım Süleymaninin öldürülməsinə cavab olaraq amerikalılara, ya da Birləşmiş Ştatlara qarşı hücum etsə, İranın 52 obyektinə “ağır” zərbələr endiriləcəyi ilə hədələyib.

Tramp Twitter səhifəsində ABŞ-ın İran və İran mədəniyyəti üçün mühüm 52 obyektini müəyyənləşdirdiyini yazıb.

O, obyektlərin adlarını çəkməsə də, onlara “sürətli və ağır” zərbələr endiriləcəyini bildirib.

“ABŞ əlavə hədələr istəmir!” yazan Tramp 52 obyektin 1979-cu ilin noyabr ayında Tehranda ABŞ səfirliyinin ələ keçirilməsindən sonra 444 gün girov saxlanan amerikalıların sayını təmsil etdiyini əlavə edib.

İran hədələrə cavab olaraq ABŞ-ı beynəlxalq qanunu pozmaqda ittiham edib və Trampın mümkün hədəflərə mədəniyyət obyektlərini daxil etməsini tənqid edib.

ABŞ İranın İslam İnqilabı Keşikçilərinin korpusunu keçən il xarici terror təşkilatı adlandırıb.

İranın İslam İnqilabı Keşikçiləri korpusunun elitar Qüds qüvvələrinin komandiri Qasım Süleymani və İranın dəstəklədiyi İraq Xalq Səfərbərlik Qüvvələrinin komandiri Mehdi Əl-Mühəndisinin cümə günü İraqda öldürülməsindən sonra Tehran və Vaşinqton arasında gərginliklər daha da yüksək həddə çatıb.

ABŞ və İran arasında gərginliklərin yüksək həddə çatması Yaxın Şərq regionunda vəziyyətin daha da gərginləşməsinə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG