Accessibility links

Tramp İran haqda: Biz güclü mövqedəyik


Prezident Donald Tramp ABŞ-ın Səudiyyə Ərəbistanına İrandan qaynaqlandığı şübhələnilən hücumlara necə reaksiya verəcəyi ilə bağlı qarışıq siqnallar göndərir.

“Ortada çoxlu seçim var. Ən son seçim var (red. müharibə nəzərdə tutulur) and ondan da xeyli yumşaq başqa seçimlər var.”

“Biz güclü mövqedəyik,” Tramp mübxirlərə bildirib.

Ortada çoxlu seçim var. Ən son seçim var and ondan da xeyli yumşaq başqa seçimlər var.


Tramp bu haqda bəyanatı İrana qarşı sanksiyaları xeyli artırdığı haqda açıqlama verdikdən sonra dilə gətirib.

Sanksiyaların detalları hələ tam bilinmir, lakin Amerika rəsmiləri güman edir ki, hazırkı sanksiyalar artıq İran iqtisadiyyatını sıradan çıxarıb.

Yaxın Şərq İnstitutunda təhlükəsizlik üzrə analitik Bilal Saab Amerikanın Səsinə müsahibədə deyib ki, Tramp İranla tam müharibə istəmir, lakin eyni zamanda regionda çəkindirici qüvvə balansı yaratmağa can atır.

Səudiyyə hərbçiləri İrana məxsus dron və raketlərin qalıqlarını nümayiş etdirirlər. 19 sent
Səudiyyə hərbçiləri İrana məxsus dron və raketlərin qalıqlarını nümayiş etdirirlər. 19 sent


“Bu iki hədəfi tarazlamaq asan deyil,” Saab deyir. “İranlılara mesaj göndərmək ki, bir də belə iş tutmasınlar və eyni zamanda eskalasiyaya nəzarət olunsun. Zənnimcə, məxfi əməliyyatlar seçim olaraq masa üzərində olmalıdır.”

Riyadda keçirilən mətbuat konfransında Səudiyyə rəsmiləri İranın 25 pilotsuz təyyarəsinin və “Ya Əli” kruiz mərmilərinin qalıqlarını nümayiş etdiriblər. Bu qalıqlar hücum edilmiş neftayırma zavodlarının dağıntılarından çıxarılıb.

XS
SM
MD
LG