Accessibility links

Tramp: İran liderləri xaos, ölüm və dağıntı yayır


Tramp: İran liderləri xaos, ölüm və dağıntı yayır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Tramp: İran liderləri xaos, ölüm və dağıntı yayır

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü BMT-nin Baş Assambleyasında 73-cü sessiyasında çıxışında dünya liderlərini “İran rejimini təcavüzkarlığını davam etdirənə qədər təcrid etməyə” çağırıb. Çıxışında İrana xüsusi diqqət ayıran Tramp İran liderlərinin qarışıqlıq, ölüm və dağıntı yaydığını bildirib.

“Onlar nə qonşularına, nə sərhədlərə, nə də millətlərin suveren hüquqlarına hörmət etmir. Bunun əvəzinə İran rəhbərliyi ölkənin resurslarından özlərini varlandırmaq və Yaxın Şərq və onun hüdudlarından kənarda qarışıqlıq yaratmaqdan ötrü istifadə edir”, Tramp bildirib.

ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında çıxış edir, 25 sentyabr, 2018.
ABŞ prezidenti Donald Tramp BMT-nin Baş Assambleyasının 73-cü sessiyasında çıxış edir, 25 sentyabr, 2018.

Onlar nə qonşularına, nə sərhədlərə, nə də millətlərin suveren hüquqlarına hörmət etmir. Bunun əvəzinə İran rəhbərliyi ölkənin resurslarından özlərini varlandırmaq və Yaxın Şərq və onun hüdudlarından kənarda qarışıqlıq yaratmaqdan ötrü istifadə edir.

Tramp İranın nüvə proqramına son qoymaq üçün keçmiş prezident Obama dövrünə aid 2015-ci ildə imzalanmış nüvə sazişinin “İran liderləri üçün göydəndüşmə olduğunu” bir daha təkrar edərək, bunun “terrorizmin və Suriya və Yəməndə xaos və qırğının maliyyələşdirilməsi” üçün Tehranın hərbi büdcəsini təxminən 40 faiz artırmasına imkan verdiyini bildirib.

Tramp deyib ki, Birləşmiş Ştatlar İranın regionda davranışını dəyişməsi məqsədilə Tehrana qarşı iqtisadi sanksiyalar kampaniyasına başlayıb.

“Biz dünyanın terorrizmi dəstəkləyən başlıca ölkəsinə planetin ən təhlükəli silahlarına malik olmasına imkan verə bilmərik. Biz Ameriya ölüm çağırışları edən və İsrailin məhvi ilə təhdid edən bir rejimə imkan verə bilmərik”, Tramp bildirib.

BMT-də çıxışından öncə BMT-də müxbirlərlə danışan Tramp deyib ki, İran liderləri iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə hər hansı danışıqlardan öncə davranışlarını dəyişməlidir.

Şimali Koreya

Dünya liderlərinə müraciət edən Tramp keçən il prezident kimi sessiyada ilk iştirakı zamanı Şimali Koreyaya təhdidlər ünvaladığı nitqindən fərqli tonda çıxış edib.

Artıq hər istiqamətdə raketlər uçmur, nüvə sınaqları dayandırılıb, bəzi hərbi obyektlər sökülür.

Keçən il sentyabr ayında ABŞ və Şimali Koreya arasında “söz müharibəsi”ndən sonra Vaşinqton və Pxenyan arasında gərginlik azalıb, iki lider Koreya yarımadasının nüvəsizləşdirilməsi məqsədilə danışıqlar keçirib. Tramp Kim Conq Unla görüşünü xarici siyasət sahəsində əsas uğurlardan biri kimi göstərib. Onun sözlərinə görə, Şimali Koreya ümidverici bir sıra addımlar atıb. Tramp buna görə Kim Conq Undan razılığını bildirib.

“Artıq hər istiqamətdə raketlər uçmur, nüvə sınaqları dayandırılıb, bəzi hərbi obyektlər sökülür”, Tramp bildirib.

Lakin Amerika lideri eyni zamanda qeyd edib ki, nüvəsizləşdirilmə prosesi bitənə qədər Pxenyana qarşı sanksiyalar qüvvədə qalacaq.

XS
SM
MD
LG