Accessibility links

Tramp: İranda rejim dəyişikliyində maraqlı deyilik


ABŞ prezidenti Donald Trampın bildirdiyinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Böyük Yeddiliyin keçirildiyi Fransa şəhərinə gəlməsi onun üçün təəccüb doğurmayıb.

Misir prezidenti Abdel Fəttah Əl Sissi ilə Biarritzdə görüşən Tramp jurnalistlərə Zərifin Fransa prezidenti Emmanuel Makron və digər liderlərlə görüşmək üçün gəldiyinə hörmətlə yanaşdığını deyib.

Onun etdiyi hər şeyi bilirdim və etdiyi hər şeyi təsdiqləmişəm.
Donald Tramp

"Onun etdiyi hər şeyi bilirdim və etdiyi hər şeyi təsdiqləmişəm," deyə Tramp Makronla danışdığını bildirib.

Tramp keçən il sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə proqramını məhdudlaşdıran beynəlxalq müqavilədən çıxandan bəri İran və ABŞ münasibətləri gərginləşib. Bundan sonra Tramp İrana qarşı daha çox sanksiyalar əlavə edib. Bu sanksiyalar xüsusən İranın əsas neft sektorunu hədəf alaraq ölkə iqtisadiyyatına pis təsir edib.

Tramp bazar ertəsi İranda "rejim dəyişikliyinə" can atmadığını, ancaq ölkənin "terrorizmə son qoymasını" istədiyini söyləyib.

"Düşünürəm ki, dəyişəcəklər. Həqiqətən də. İnanıram ki, çox xüsusi bir millət olmaq şansları var," Tramp deyib.

Hörmüz boğazında tanker saxanmaları və ABŞ dronunun vurulması Vaşinqtonla Tehran arasında gərginlikləri xeyli artırıb.
Hörmüz boğazında tanker saxanmaları və ABŞ dronunun vurulması Vaşinqtonla Tehran arasında gərginlikləri xeyli artırıb.

O İranla hər hansı bir yeni razılaşmanın İranın nüvə proqramının silah hazırlamaq üçün istifadə edilməməsini tələb edəcəyini, 2015-ci il müqaviləsindən fərqli olaraq İranın ballistik raket proqramına məhdudiyyətlərin daxil olacağını bildirib.

Tramp bu cür danışıqlar üçün "çox tez" olacağına inanaraq Zəriflə bazar günü görüşməkdə maraqlı olmadığını söyləyib.

İran xarici işlər naziri Biarritsə Fransa prezidenti Emmanuel Makronun xahişi ilə gəlib.

Zərif Biarritsə Fransa prezidenti Emmanuel Makronun xahişi ilə gəlib. Makron Trampın Tehranla 2015-ci ildə İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan beynəlxalq razılaşmadan çıxmasından sonra İran Körfəzində yaranmış gərginliyi iranlı həmkarı Həsən Ruhani ilə müzakirə edib.

Fransa prezidenti Zəriflə sammitin açılışından əvvəl cümə günü Parisdə görüşüb və şənbə günü sammit iştirakçıları ilə İrana dair qızğın fikir mübadiləsindən sonra onu Biarritsə dəvət edib.

Tramp və Zərif arasında mümkün görüş barədə suala cavab verən fransalı diplomat "indiki mərhələdə" görüşün planlaşdırılmadığını deyib. Lakin ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Trampın İranla danışıqlar üçün “ilkin şərtlər” qoymadığını qeyd edib.

Şərhlərə bax

XS
SM
MD
LG