Accessibility links

Tramp: İranla ön şərtsiz görüşə hazıram [Video]


Tramp: İranla ön şərtsiz görüşə hazıram
please wait

No media source currently available

0:00 0:02:23 0:00

ABŞ prezidenti Donald Tramp İran liderləri ilə "heç bir ön şərt olmadan" və "istədikləri zaman" görüşməyə hazır olduğunu söyləyib. Bazar ertəsi keçirilən mətbuat konfransında o həmçinin, İranın "qəddar rejiminin" nüvə silahı əldə etməsinə heç vaxt icazə verilməməsinin lazım olduğunu bildirib. Ötən həftə Tramp İran prezidentinə "bir də heç vaxt" ABŞ-ı təhdid etməməsinə dair xəbərdarlıq edib.

İrana mesaj Trampın İtaliya baş naziri Cüzeppe Kontenin ABŞ-a səfəri zamanı mətbuat konfransında ünvanlanıb.

Donald Tramp deyib: "Baş nazir də razılığa gəldi ki, İranın qəddar rejimi heç vaxt nüvə silahına malik olmamalıdır. Heç vaxt. Biz hamını İrana təzyiq edərək onun düşmən fəaliyyətlərinə son qoymağa çağırırıq. Birləşmiş Ştatlar bu vacib məsələdə köməkdə İtaliyanın tərəfdaşlığını alqışlayır. "

Ancaq İran prezidenti Həsən Ruhani ilə görüşməyə hazır olub-olmadığını soruşduqda Tramp İran hakimiyyəti ilə onların görüşmək istədikləri zaman heç bir şərt olmadan görüşəcəyini söyləyib. Onun sözlərinə görə, bu cür görüşlər potensial təhlükəli gərginliyin qarşısını almaqda faydalıdır və son zamanlar Rusiya və Şimali Koreya liderləri ilə görüşlər buna yaxşı nümunədir.

Donald Tramp söyləyib: "Əlbəttə ki, İranla görüşmək istərdim, əgər onlar görüşmək istərlərsə. Onların hazır olduqlarını bilmirdim. İndi çətin anlar yaşayayırlar. Mən İran razılaşmasını dayandırdım, bu gülünc idi. Güman edirəm ki, nəticədə onlar görüşmək istəyəcəklər".

Tehranın vəzifəli şəxsləri ABŞ-ın etibarlı olmadığını söyləyərək rəsmi Vaşinqtonla danışıqları dayandırıblar.

1979-cu ildə dindarlar Tehranda hakimiyyətə gəldikdən bəri ABŞ və İran arasında münasibətlər pisləşib.

Tramp may ayında ABŞ-ı 2015-ci ildə İran və altı dünya nəhəngləri ilə əldə edilmiş razılaşmadan çıxarması İranı qəzəbləndirib. Tramp nüvə proqramının məhv edilməsini və regionda İranın davranışına nəzarət edə biləcək daha sərt razılaşma istəyir.

İran prezidentinin Trampın siyasətinin "bütün müharibələrin anasına" səbəb ola biləcək müharibəyə aparacağına dair xəbərdarlıq verməsi ABŞ liderinin qəzəbli reaksiyası ilə qarşılanıb.

Lakin İran generalı cümə axşamı ölkənin hərbi qüvvələrinin Trampın bütün çağırışlarının qarşısını almağa hazır olduğunu bildirib.

İranın İnqilab Keşikçiləri Qvardiyasının "Qüds Ordusu" korpusunun başçısı, general-mayor Qasım Süleymani xəbər verib: “Beləliklə, oyunçu Tramp: Ehtiyatlı ol! Biz sənə təsəvvür biləcəyindən daha yaxınıq."

İranı ABŞ-ın hərbi təhdidindən çox iqtisadi sanksiyalar perspektivi narahat etməlidir. Belə ki, bu sanksiyalar xarici bizneslərin İranı tərk etməsinə səbəb olur ki, bu da öz növbəsində iqtisadiyyata ağır zərbə vurmaqdadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG