Accessibility links

Tramp İranla müharibə barədə: "Ümid edirəm ki, yox"


ABŞ prezidenti Amerikanın İranla müharibəyə getməyəcəyinə dair ümidini ifadə edib.

"Tehranla qarşıdurma ehtimalı"-na dair müxbirlərin sualının cavabında Tramp "ümid edirəm ki, olmayacaq" bildirib.

Özümüzü qorumaq haqqımızdır.
İranın BMT-dəki səfiri

İsçevrə prezidenti ilə görüşündən öncə ABŞ dövlət başçısı İranla Amerikanın diplomatik əlaqələrə malik olmadığını xatırladaraq bildirib ki, İsveçrə ABŞ-ın Yaxın Şərqdəki maraqlarını təmsil edir.

Ağ Evin mətbuat katibi Sara Sanders daha əvvəl müxbirlərə bildirib ki, Tramp İranın davranışını dəyişməsini istəyir. O, prezidentin İslam respublikası tərəfindən gələ biləcək hər bir təcavüzə cavab veriləcəyini bildirdiyini deyib.

İranın BMT-dəki səfiri Məcid Təxte-Rəvançi isə bildirib ki, ölkəsi regionda gərginliklərin artması marağında deyil. O deyib ki, nəsə yolunda getməsə bütün tərəflər itirəcək. "Özümüzü qorumaq haqqımızdır," deyə səfir əlavə edib.

Məcid Təxte-Rəvançi ABŞ və region ölkələrini İranla bağlı saxta iddialar irəli sürdüklərinə görə tənqid edib.

İrandan qaynaqlanan təhlükə qarşısında ABŞ Yaxın Şərqə qüdrətli B-52 bombardmançı təyyarələr göndərib.
İrandan qaynaqlanan təhlükə qarşısında ABŞ Yaxın Şərqə qüdrətli B-52 bombardmançı təyyarələr göndərib.

ABŞ zəruri olmayan diplomatik işçilərinə İraqı tərk etmək əmri verib. Bu addım Tramp administrasiyasının Yaxın Şərqdə Amerika əsgərlərinin İran və ya İranın dəstəklədiyi qüvvələr tərəfindən potensial təhlükələrə məruz qala bilməsi barədə xəbərdarlıq etdiyi vaxt atılır.

ABŞ-ın Bağdaddakı səfirliyinin açıqladığı bəyanatda bildirilib ki, əmr həm səfirlik, həm də ABŞ-ın Ərbildəki konsulluğunun işçilərinə şamil edilir.

ABŞ ordusu İranın mümkün hücumuna qarşı arsenalını gücləndirir
please wait

No media source currently available

0:00 0:01:43 0:00

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı İrana müqavimət göstərmək üçün 120 min qoşun səfərbər etməyi planlaşdırdığı barədə məlumatı rədd edib. Lakin gələcəkdə bundan çox əsgəri qüvvə göndərilə biləcəyini də istisna etməyib.

“Məncə bu saxta xəbərdir. İndi, mən belə bir addım ata bilərəm? – Əlbəttə. Amma biz bunu planlaşdırmırıq,” deyə Tramp The New York Times-a bildirib.

F/A-18E Super Hornet qırıcı təyyarələri USS Abraham Lincoln aviadaşıyıcısı üzərində. Qırmızı Dəniz. 10 may, 2019.
F/A-18E Super Hornet qırıcı təyyarələri USS Abraham Lincoln aviadaşıyıcısı üzərində. Qırmızı Dəniz. 10 may, 2019.

Pentaqon artıq ötən günlərdə bölgəyə Patriot raket sistemləri və eniş platforma gəmisi də daxil olmaqla təyyarədaşıyan və nüvə bomba təyyarələri göndərib.

Patriot sistemi hava hücumlarından müdafiə sistemidir. Eniş platforma gəmisi isə uzaq məsafədə döyüşmək üçün dənis donanma əsgərlərini, təyyarələri və qayıqları sahilə çatdırır.

XS
SM
MD
LG