Accessibility links

Tramp İsrail, BƏƏ və Bəhreyn arasında razılaşmanın imzalanması mərasiminə ev sahibliyi edib


ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə İsrail ilə ərəb Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında münasibətlərin normallaşmasına dair razılaşmanın imzalanması mərasimini təşkil edib.

İsrailin baş naziri Benyamin Netanyahu, BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zayed və Bəhreyn xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl Zayani razılaşmanın imzalanması üçün Ağ Evin Cənub Bağçasında bir araya gəlib.

İsrail və BƏƏ arasında razılaşma ilk olaraq 13 avqust tarixində əldə edilib. Daha sonra Bəhreyn də keçən cümə günü Yəhudi dövlətini rəsmi olaraq tanıyacağını elan edib.

Ərəb Körfəzi ölkələri uzun müddətdir ki, İsraillə əlaqələrin tam normallaşdırılması üçün İsraillə bərabər müstəqil Fələstin dövlətinin yaradılmasını nəzərdə tutaraq, iki dövlətin mövcudluğu kimi həll yolunda güzəştlər və irəliləyiş təmin etməsi kimi şərt qoymuşdular.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq Proqramı üzrə əməkdaşı Vill Todman deyir ki, region ölkələri artıq İsrail ilə münasibətlərin normallaşdırılmasını iki dövlət kimi həll yoluna nail olmaq üçün istifadə edilməsinin mümkün olmadığını düşünür.

Todman bu razılığın İran və Türkiyə ilə bağlı artan regional narahatlıqları da əks etdirdiyini söyləyir.

"Ərəb Körfəzi dövlətləri və İsrailin İrana qarşı olduqları məsələdə daha çox ortaq nöqtələri var nəinki, Fələstin məsələsində. Düşünürəm ki, bu, mühüm bir geosiyasi dəyişiklikdir", Todamn bildirib.

Fələstin baş naziri Məhəmməd Ştayyeh razılaşmanı qınayaraq, bunu “ərəb ölkələri tarixində qara bir gün” adlandırıb.

Əl-Şəbəkə Fələstin Siyasət Şəbəkəsi düşüncə mərkəzindən Dana El Kurd İsrail və Bəhreyn arasındakı normallaşma sazişinin Ərəb hökumətlərinin “Fələstin iddiası və ya dövlətçilik layihəsi ilə əlaqədar əsaslı heç bir şey almadan” 2002-ci il Ərəb Sülh Təşəbbüsündən imtina etdiyinin daha bir sübutu olduğunu bildirir.

BƏƏ ilə müqaviləyə əsasən, baş nazir Netanyahu Qərbi Sahilinin bəzi hissələrini birləşdirmək planlarını dayandırmağa razı olub. Ancaq El Kurd bildirir ki, ilhaqın dayandırılmasının reallıqda heç bir əhəmiyyəti yoxdur.

Tramp administrasiyası İsrail, BƏƏ və Bəhreyn arasındakı razılaşmaları 3 noyabr ABŞ prezident seçkilərinə iki ay qaldığı bir vaxt xarici siyasətdə əsas qələbələr kimi qiymətləndirir.

Xarici siyasət seçkidə əsas məsələ olmasa da, İsrailin gələcəyi Trampın 2016-cı ildə tərəfdarlarının üçdə birini təşkil edən yevangelist xristianlar üçün əhəmiyyətlidir.

Trampın Demokrat rəqibi, ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Amerikanın Səsinin sualına cavab olaraq bildirib ki, o, daha çox ölkənin İsraillə münasibətləri normallaşdırmasını dəstəkləyir. Lakin o eyni zamanda bildirib ki, “İsrailin fələstinlilərlə iki dövlət prinsipi üzrə həll yolu üzərində çalışmağa hazır olmasına” inanır.

XS
SM
MD
LG