Accessibility links

Tramp İranı təhdid edib


İraqda ABŞ səfirliyi önündə etirazçılar

İraqın paytaxtında yerləşən ABŞ səfirliyinin təhlükəsizlik qüvvələri çərşənbə günü artıq ikinci gündür səfirlikdə toplaşan İran tərəfdarı yarı-hərbi dəstələrin dəstəklədiyi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Böyük bir izdiham çərşənbə axşamı Bağdaddakı səfirliyin divarlarını aşaraq bir neçə yeri yandırıb. Bu gecə isə bəziləri səfirliyin sərhədini keçmədən kompleksin önündə etiraz edib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı müxbirlərə deyib ki, o, ABŞ təsislərinə vurulan ziyanlara və yaralananlara görə İranı cavabdeh tutur.

"Onlar çox böyük bədəl ödəyəcək. Bu, xəbərdarlıq deyil. Bu, təhdiddir," Tramp Twitter-də yazıb.

Tramp deyib ki, o, Birləşmiş Ştatların İranla müharibə edəcəyini düşünmür.

"Məncə İran bunun baş verməsini istəməz. Bu çox tez baş verə bilər," Tramp əlavə edib.

İranın ali ruhanisi Ayətullah Əli Xamenei çərşənbə axşamı Twitter hesabında ABŞ-ın İraq və Suriyadakı addımlarını qınayıb və Trampın təhdidlərinə birbaşa cavab olaraq “Sən heç nə edə bilməzsən” deyib.

"Mənqtiqli olsaydın -amma deyilsən- İraqda, Əfqanıstanda törətdiyin cinayətlərin xalqların səndən nifrət etməsinə gətirib çıxardığını görərdin" Xamenei yazıb.

Yaxın Şərqə daha çox qoşun

ABŞ-ın müdafiə naziri Yaxın Şərqə əlavə 750 qoşun göndərir. Müdafiə naziri Mark Esper bunu “müvafiq və tədbir məqsədli bir addım” adlandırıb.

"Biz hər hansı ölkədə personalımızı qorumaq üçün həmin ölkənin təhlükəsizlik qüvvlərinə arxalanırıq və İraq hökümətini beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq," o deyib.

Tramp çərşənbə axşamı İraqın baş naziri Adil Əbdül Mehdi ilə ABŞ-ın İraqdakı personalı və təsislərini müdafə etmək zəruriliyini müzakirə edib və müxbirlərlə söhbəti zamanı İraq hökümətinə təşəkkürünü bildirib.

Çərşənbə axşamı baş verən insidentdə İran tərəfdarı etirazçılar qoçbaşından isitfadə edərək ziyarətçi mərkəzində polad qapını sındırmağa çalışıb, təhlükəsizlik postunu yandırıb. Bunun ardınca İraq təhlükəsizlik qüvvələri onlara qarşı gözyaşardıcı qazdan və səs qumbarasından istifadə edib. Səfirliyin binasına ziyan dəyməyib.

Dövlət Departamenti bildirib ki, ABŞ səfirlyinin işçiləri sağ-salamatdırlar və heç kəsin evakuasiya olunacağı gözlənilmir.

Dövlət katibi Mayk Pompeo tvit ataraq bildirib ki, hücumu terrorçular təşkil edib. O Xətaib Hizbullah yarı-həri dəstəsinin komandiri Əbu Mehdi əl-Mühəndis və Qeys əl-Xəzəli, Hadı əl-Amamri və Faleh əl-Fəyyad səfirlik önündə şəkillərini paylaşıb.

Pompeo vurğulayıb ki, hücum “oktyabr ayından bəri küçələrdə nümayiş keçirərək İran rejimin oraya gətirdiyi rüşvətxorluğa son qoymağa çalışan iraqlı etirazçıların legitim səyləri ilə səhv salınmamalıdır."

Şərhlərə bax

XS
SM
MD
LG