Accessibility links

Tramp ilə Putin arasında sammit keçirilə bilər


The Wall Street Journal-ın verdiyi məlumata görə, Ağ Ev rəsmiləri ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidwenti Vladimir Putin arasında mümkün sammit üçün planlar hazırlayır.

Hesabatda yüksək səviyyəli adminsitrasiya rəsmisinə istinadən bildirilir ki, ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman görüşün vaxtını təyin etməyə yardım etmək məqsədilə Vaşiqntona səfər edib.

Con Hantsman
Con Hantsman

"Bu, səfir Hantsmanın uzun zamandı, aylardır Putin ilə Tramp arasında rəsmi görüş təşkil etmək üçün üzərində işlədiyi layihədir,” rəsmi söyləyib.

Bu planla bağlı məlumatı olan insanlar deyib ki, sammitin məqsədi iki ölkə arasında uzun zamandır mevcud olan fərqlilikləri müzakirə etməkdir.

ABŞ-ın kəşfiyyat idarələri Rusiyanın Trampa yardım etmək məqsədilə 2016-cı il ABŞ prezident seçkilərinə müdaxilə etdiyi nəticəsinə gəlib. Bu tapıntılar xüsusi prokuroun Trampın kampaniyasının Rusiya ilə əlaqəsinin olub-olmadığını təhqiq etməsinə gətirib çıxarıb. Tramp isə bunu inkar edir.

ABŞ həmçinin Rusiyanın Suriya prezidenti Bəşər Əsəd ilə ittifaqını qınayıb və Moskvanın Ukraynanın şərqinə hərbi müdaxiləsinə etirazını bildirib.

Moskva ilə Vaşinqton arasında gərginlik mart ayındakeçmiş rus casus və vızı Birləşmiş Statlarda sinir gazı ilə zəhərləndikdən sonra ABŞ və onlarla digər ölkənin rusiyalı diplomatları ölkələrindən qovmasından sonra daha da artıb. Rusya bu məsələdə əli olduğunu inkar edir və ABŞ-ı “fırıldaq plan”-ı koordinasiya etməkdə ittiham edib.

Mümkün sammitlə əlaqəli olaraq rəsmi deyib ki, hələ çox hazırlıq işləri görülməlidir. Buna yer və vaxtın təyin olunması da daxildir.

Əgər sammit baş tutsa, bu, iki lider arasında keçirilən üçüncü görüş olacaq. Onlar daha öncə ötən ilin iyul ayında Almaniyanın Hamburg şəhərində Büyük İyirmilik sammiti çərçivəsində, eləcə də noyabr ayında Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammitində görüşüb.

Hazırda isə Tramp diqqəti oyun 12-də Sinqapurda Şimali koroya lideri Kim Conq Unla görüşə ayırıb. Yüksək səviyyəli administrasiya rəsmisi deyib ki, Şimali Koreya ilə danışıqlar davam etsə, Rusiya ilə sammit planları təxirə salına bilər.

Tramp bir neçə dəfə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istədiyini deyib.

XS
SM
MD
LG