ABŞ Konqresinin yeni seçilmiş demokrat müsəlman üzvü İlham Ömərin anti-semit şərhlərinə görə həm respublikaçılar, həm də demokratların tənqidlərindən sonra üzr istəməsinə baxmayaraq, Birləşmiş Ştatlar prezidenti Donald Tramp onun istefasını tələb edib.
Donald Tramp İlhan Ömərin ən azından Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindən istefa verməli olduğunu deyib.
Minnesotadan Konqresə yeni seçilən İlhan Ömər keçən bazar günü özünün Twetter səhifəsində Birləşmiş Ştatlardakı İsrail tərəfdarı lobbiçi “Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsi”nin bu yəhudi ölkəsini dəstəkləmələri üçün qanunvericiləri satın aldığı barədə bir neçə şərh yazıb.
İsrailin fələstinlilərə münasibətinə təzyiq göstərməsi üçün yaradılan BDS (boykot, ləğv və sanksiyalar) hərəkatının dəstəkçisi olan İlhan Ömərin İsraillə bağlı şərhləri böyük tənqidlərə səbəb olub.