Accessibility links

Tramp illik hesabat məruzəsində diqqəti daxili siyasətdəki uğurlara çəkib


Tramp illik hesabat məruzəsində diqqəti daxili siyasətdəki uğurlara çəkib
please wait

No media source currently available

0:00 0:03:47 0:00

ABŞ prezidenti Donald Tramp çərşənbə günü üçüncü illik hesabat məruzəsi ilə çıxış edib. Bu, Respublikaçıların çoxluq təşkil etdiyi Senatın ona vəzifədən sui-istifadə və Konqres araşdırmasını əngəlləmək ittihamlarından baraət qazandırmasından bir gün öncəyə təsadüf edib.

Prezident illik hesabat məruzəsinə 2016-cı ildəki kampaniya vədlərini xatırlatmaqla başlayıb.

“Üç il öncə biz “Amerikanın Möhtəşəm Qayıdışı”na başladıq. Bugün mən bunun inanılmaz nəticələrini sizinlə bölüşmək üçün qarşınızdayam”, Tramp deyib

İki aydan qısa müddət öncə impiç olunduğu Nümayəndələr Palatasında çıxış edən Tramp Senatdakı məhkəmə prosesilə bağlı heç nə deməyib. Ancaq Tramp spiker Pelosinin əlini sıxmağı rədd edib və diqqəti Amerika iqtisadiyyatının bərpasına yönəldib.

“Əgər biz bundan öncəki administrasiyanın uğursuz iqtisadiyyat siyasətini dəyişməsəydik, dünya Amerikanın möhtəşəm iqtisadi nailliyətlərinə şahid olmayacaqdı”, o deyib.

2020-ci il prezident seçkisində iştirak edəcək Tramp ölkə əhalisinin 49 faizi tərəfindən bəyənilir. O, çıxışında diqqəti ölkə daxilindəki siyasi təşəbbüslərə, o cümlədən infrastruktur və sağlamlıq sığortasına, habelə ABŞ-ın koronavirus böhranı ilə mübarizəsinə ayırıb.

“Biz Çin höküməti ilə əlaqədəyik və Çindəki koronavoris epidemiyası məsələsində birlikdə işləyirik. Mənim administrasiyam vətəndaşlarımızı bu təhlükədən qorumaq üçün lazımı addımlar atacaq”, o söyləyib.

Tramp administrasiyasının bəzi xarici siyasət priotitetlərini də vurğulayıb. O, Venesuela prezidenti Xuan Quaydonu Nümayəndələr Palatasına dəvət edib.

“Bütün amerikalılar venesuelalıların azaldıq uğrunda apardıqları düzgün mübarizəni dəstəkləyir. Sosializm ölkələri məhv edir. Amma unutmayın ki, azadlıq ruhları biləşdirir”, o söyləyib.

Tramp həmçinin ABŞ-ın bu yaxınlarda İran generalı Qassım Süleymaninin ölümü ilə nəticələnən dron hücumundan və İrandakı etirazlardan da bəhs edib və diplomatik əlaqələrin bərpası üçün şərtlər irəli sürüb.

“İran rejimi nüvə silahı ambisiyalarına son qoymalı, terroru, ölümü və dağıntını yaymağı dayandırmalı və öz xalqının rifahına işlər görməyə başlamalıdır”, Tramp söyləyib.

Tramp deyib ki, onun administrasiyası Yaxın Şərqdə sülh üçün yeni həll yolu tapıb.

“Biz keçmişdəki bütün cəhdlərin nəticə vermədiyini nəzərə alaraq regionu sabitləşdirmək üçün qətiyyətli və yaradıcı olmalıyq və daha yaxşı gələcək əldə etmək üçün milyonlarla gənci dəyişiklik ilə təmin etməliyik”, o deyib.

Tramp həmçinin bir daha ABŞ-ın Əfqanıstanda mövcudluğuna son qoyulmasını təklif edib.

ABŞ prezidenti iki partiya arasında əməkdaşlıq üçün bir neçə imkan da irəli sürüb.

“Onun impiçment məsələsinə toxunmaması o demək deyil ki, onun məruzəsinin hər aspekti onun narazılığını və qəzəbini əks etdirirdi. Otağa baxanda da görmək mümkün idi ki, bu ikrah hissi qarşılıqlı idi. Demokratlar milli birlik məsələlərini alqışlamırdılar. Eyni zamanda isə Trampdan birlikdə işləmək təklifinin gəldiyini də görmürdün, amma iliik hesabat məruzəsində bu olmalıdır”, Amerikan Universitetindən Bill Svini bildirir.

Demorkatların illik hesabat məruzəsinə cavabı Miçiqanın ştatının qubernatoru Qretçen Vitmer verib.

“İnsanları Twitterdə bulli etmək körpüləri təmir etmir, onları yandırır”, o deyib.

Tramp məruzəsini bitirəndən sonra spiker Pelosi onun çıxışının nüsxəsini cırıb. Bu isə partiyarlar arasında impiçment üzərində mübarizənin hələ də sona çatmadığına işarə edir.

XS
SM
MD
LG