Accessibility links

Tramp immiqrasiya probleminə görə Meksikaya tarif tətbiq etmək istəyir


Meksikanın ticarət əlaqələri üzrə müzakirəçisi ABŞ prezidenti Donald Trampın miqrant böhranına görə ABŞ-ın ticarət tariflərini artıracağı ilə bağlı təhdidini "çox ciddi" adlandırıb.

Meksika rəsmisi bildirib ki, əgər ABŞ artan tarifləri tətbiq edərsə, bu, "fəlakətli bir şey" ola bilər.

Prezident Tramp iyunun 10-dan etibarən Meksika mallarına əlavə 5 faiz tarif tətbiq ediləcəyini elan edib.

"Xəbəri indicə oxudum. Bu, fəlakətli bir şeydir. Çünki, əgər bu baş versə, nəticəsi çox ciddi və ağır ola bilər. Eyni zamanda heç kəs üçün də sirr deyil ki, prezident Donald Tramp Twitterdən çox aktiv istifadə edir," Meksika xarici işlər nazirliyinin Şimali Amerika üzrə məsləhətçisi Hesus Sade qeyd edib.

Donald Tramp cümə axşamı yazdığı tvitində Mərkəzi Amerikadan gələn qanunsuz miqrasiya ilə daha effektiv mübarizə aparmaq üçün iyunun 10-undan etibarən Meksikadan idxal olunan bütün məhsullara 5 faizlik tarif əlavə ediləcəyini bildirib.

Hər il minlərlə mərkəzi amerikalı mühacir Meksika ərazisindən keçərək ABŞ-a daxil olur.
Hər il minlərlə mərkəzi amerikalı mühacir Meksika ərazisindən keçərək ABŞ-a daxil olur.

Tramp həmçinin oktyabr ayına qədər 25 faizə qədər arta biləcək tariflərin razılıq əldə edildikdən sonra aradan qaldırılacağını bildirib.

ABŞ prezidenti Meksika hökumətini Birləşmiş Ştatlara həmin ölkə vasitəsilə gələn mühacirlərin qarşısını almamaqda ittiham edir.

XS
SM
MD
LG