Accessibility links

Tramp: immiqrasiya reydləri tezliklə başlayacaq


ABŞ-In İmmiqrasiya və Gömrük Mühafizə agentləri reyd keçirir
ABŞ-In İmmiqrasiya və Gömrük Mühafizə agentləri reyd keçirir

Prezident Donald Tramp cümə günü bildirib ki, kütləvi deportasiyalar tezliklə başlayacaq, ABŞ-ın miqrant haqları fəalları isə immiqrasiya işçiləri gəldikdə hazır gözləyəcəklərinə söz verib.

Yeni gələnlər hədəf alınır

ABŞ-In İmmiqrasiya və Gömrük Mühafizə (ICE) idarəsi ötən ay bildirib ki, reydlər zamanı Birləşmiş Ştatlara yeni gələn sənədsiz miqrantlar hədəf alınacaq ki, mərkəzi amerikalı ailələrin ölkənin cənub-qərb sərhədinə doğru irəliləməsinin qarşısını alsın.

ICE-ın reydləri zamanı agentlərin hədəf aldığı sənədsiz miqrantlarla yanaşı başqa miqrantların da həbs olunacağı gözlənilir.

Prezident Donald Tramp
Prezident Donald Tramp

Miqrant haqları fəallarının bu həftə açıqladığı hökümət sənədlərində ICE-in keçmiş reydləri zamanı hədəf alınan miqrantlardan çox “bəxtəbəxt” həbslərin olduğunu göstərib.

Biz hazır olmalıyıq, təkcə Tramp açıqlama verdiyi üçün deyil, həm də ona görə ki, hər gün həbslər olur və həbslərin sayı artır”– deyə, Nyu Meksikoda Somos Un Pueblo Unido adlı immiqrant və işçi haqları qrupunun təşkilatçısı Elza Lopez bildirib.

Sərhəddəki vəziyyət

May ayında cənub-qərb sərhəddə saxlanılan miqrantların sayı son 13 ilin ən yüksək həddinə çatıb, lakin iyun ayında Meksika immiqrasiyaya nəzarəti artırandan sonra azalıb.

Mərkəzi Amerikadan başqa Hindistan, Kuba və Afrika kimi digər ölkələrdən gələn miqrantların sayı da artır. Texasın Del Rio şəhərindəki Sərhəd Patrul Xidməti cümə günü bildirib ki, iyunun 10-dan bəri mindən çox haitilini həbs edib.

Sərhəd patrul məntəqəsi
Sərhəd patrul məntəqəsi

Demokrat qanunvericilər bazar ertəsi Texasın El Paso şəhərində sərdəh patrul məntəqəsini ziyarət edib və miqrantların dəhşətli şəraitdə saxlandığını, qadlnların tualetdən su içməli olduqlarını bildirib.

Sərhəd Patrul Xidmətinin sədri Roy Villareal isə “dezinformasiya” adlandırdığı bu məlumatları təkzib etmək üçün Arizonanın Tuson şəhərindəki miqrant mərkəzində soyuducularda təmiz suların olduğunu və kranlardan da təmiz suyun axdığını göstərib.

XS
SM
MD
LG