Accessibility links

Prezident Trampın immiqrasiya ilə bağlı sərəncamına qarşı etirazlar davam edir [Video]


Prezident Trampın immiqrasiya ilə bağlı sərəncamına qarşı etirazlar davam edir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Prezident Trampın immiqrasiya ilə bağlı sərəncamına qarşı etirazlar davam edir

Minlərlə nümayişçi prezident Donald Trampın yeddi müsəlman ölkəsindən insanların Amerikaya daxil olmalarına qadağa qoyan sərəncamına etiraz etmək üçün Ağ Evin qarşısında və hava limanlarına toplaşıb.

Prezident Donald Trampın sərəncamı böyük əks reaksiya yaradıb. Bazar günü ona qarşı etiraz edən böyük kütlə Ağ Evin qarşısına gəlib çatmışdı. Çox sayda plakatlarlar sərgilyən, şüarlar səsləndirən insanların hamısının bir mesajı var idi:

Biz burada bütün dünyaya, hətta İŞİD və Əl-Qaidəyə göstəririk ki, biz müsəlmanları sevirik və onları dəstəkləməyə davam edirik.

“Tramp adminstrasiyasının etdikləri Amerika dəyərlərinə ziddir.”

Etirazçılar Kapitoliyə aparan əsas yolu bağlamışdılar. Dulles Beynəlalq Hava Limanında isə insanlar müsəlman ölkələrinə səfərdən geri dönən Amerika vətəndaşlarını qarşılayırdılar.

“Mən çox şad idim. Mən çox qürurlandım ki, məni burada, hələ də, xoş qarşılayan və dəstəkləyən insanlar var.”

Vəkillər və immiqrasiya fəalları sərəncam səbəbilə ilişib qalan qanuni mühacirlərə yardım etmək üçün hava limanlarına axışdı.

Onlardan biri də bu sərəncamın terrora qarşı doğru mübarizə yolunun olmadığına inanan müsəlman amerikalı Sara Dil idi.

“Biz burada bütün dünyaya, hətta İŞİD və Əl-Qaidəyə göstəririk ki, biz müsəlmanları sevirik və onları dəstəkləməyə davam edirik,” o deyir.

Hava limanlarında keçirilən etirazlarla birlikdə, rəsmilər prezidentin sərəncamının qarşısını alan məhkəmə qərarlarını təqdim edirdi.

Hökümət federal məhkəmənin qərarını yerinə yetirməkdən imtina edərək, saxlanılan insanların sayını bildirmir. Biz qanun aliliyinin təmin olunmasını və məhkəmə qərarına riayət olunmasını tələb etmək üçün buradayıq.

Məsələn Los Ancelesdə hüquqşünaslar hava limanında saxlanılan mühacirlərin ölkəyə sərhəddən buraxılmasını gözləyib.

“Hökümət federal məhkəmənin qərarını yerinə yetirməkdən imtina edərək, saxlanılan insanların sayını bildirmir. Biz qanun aliliyinin təmin olunmasını və məhkəmə qərarına riayət olunmasını tələb etmək üçün buradayıq.”

Etirazçılar yeni prezidentin həddi aşdığını deyir.

“Trampın mandatı yoxdur. O, Konqresi yan keçib, ard-arda bir neçə sərəncam imzalayıb, insanların haqlarını əllərindən ala bilməz,” hindistanlı və pakistanlı mühacirlərin qızı İrfana Haşmi deyir.

Lakin bir çox Tramp tərəfdarı bu sərəncamın milli təhlükəsizlik üçün çox vacib olduğunu düşünür.

“Bu insanlar axmaq və biliksizdirlər. Onlar 2001-ci ilin sentaybrın 11-də baş verənləri unudublar. O zaman bizim demokratiyamıza hücum oldu. Bunun bir daha təkrarlanmasına icazə verə bilmərik,” deyə Teodor Bax bildirir.

Şənbə günü Nyu-Yorkun JFK hava limanında Donald Trampın sərəncamının əleyhinə olan nümayişçilərə qarşı etiraz edənlər də eyni fikirdə idi.

“Onlar başa düşmür ki, sərhədsiz ölkə olmur? Mən Amerikanın geridə qalan hissəsini, Donald Trampı seçən Amerikanı təmsil etmək üçün burdayam,” deyə Tramp tərəfdarı Cim Makdonald bildirir.

Sərəncamın qanuniliyi ilə bağlı mübarizə davam edərkən bu cür etirazlar da davam edəcək.

İkinci nəsil yəmənli mühacir Ağ Evin gələcəyi nəzərə alıb qərar verməsini istəyir.

“Onlar yalnız bu günü düşünür, bir həftə, bir ay və ya bir il sonra olacaqları düşünmürlər. Bu məsələ bir çox insana təsir göstərəcək və bir çox insan ABŞ-a qəzəblənəcək.”

Dünyanın onları izlədiyini bilən etirazçılar ümid edir ki, onların etdikləri bu qəzəbin bir hissəsini əks etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG