Accessibility links

Tramp: "İmpiçment ehtimalı məni narahat etmir"


ABŞ prezidenti Donalt Tramp impiç edilməsi ehtimalının onu narahat etmədiyini bildirib.

Reuters-ə danışan dövlət başçısı deyib ki, heç bir yanlışlığa yol verməyən, ölkə tarixində iqtisadiyyatı bu qədər inkişaf etdirən bir adamın impiçmenti asan iş deyil.

Müxalif demokratlar impiçment məsələsini Trampın vəkili Maykl Kohenin 2016-cı il prezident seçkilərindən öncə susmaları müqabilində 2 qadına pul ödəməsindən sonra qaldırıb.

Federal porkurorluq ödənişə Tramp tərəfindən göstəriş verildiyini bildirib.

Tramp ödənişin kampaniya pulu olmadığını və kampaniya məsrəflərində heç bir səhvə yol verilmədiyini deyib.

İmpiçment üçün demokratların gələn aydan nəzarət edəcəyi Nümayəndələr Palatasında əksəriyyət, respublikaçıların Senatında isə səslərin üçdə iki hissəsi tələb edilir.

Demokratlar bu məsələsinin qaldırılmasının hələ vaxtı çatmadığını deyir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG