Accessibility links

Tramp inanclı insanların müdafiəsini vəd edib


ABŞ prezidenti inanclı insanları müdafiə edəcəyini vəd edərək, onların ölkədəki rolunu yüksək qiymətləndirib.

Hər bir həyat müqəddəs, hər bir ruh göylərin vergisidir

"Bir prezident kimi ictimaiyyətin ruhunu yüksəldən və ölkəmizin rifahına töhfə verənlərə daim ehtiram nümayiş etdirəcəyəm," - deyə Tramp cümə axşamı Vaşinqtonda təşkil edilən səhər dua yeməyi zamanı bildirib.

Ziyafətdə Nümayəndələr Palatasının Demokrat spikeri Nensi Pelosi də iştirak edib.

Vaxtı keçmiş hamiləliklərin abortunu yasaqlayan qanunu da daxil etdiyi illik hesabat məruzəsindən iki gün sonra prezident deyib ki, "biz elə bir mədəniyyət qurmalıyıq ki, insan ləyaqəti və gühansız insan həyatına ehtiram göstərilsin."

"Doğulan və ya doğulmayan uşaqlar bizə Allah tərəfindən göndərilir. Hər bir həyat müqəddəs, hər bir ruh göylərin vergisidir," Tramp əlavə edib.

Prezident deyib ki, ürəyimizi açdıqca məhəbbətlə doldururuq.

Qısa çıxışı zamanı ABŞ dövlət başçısı ölkənin gələcəyi, ədalət, müdriklik və sülh naminə dua etməyə çağırıb.

Ənənənin təməli 1953-cü ildən Vətəndaş Fondu və Konqres nümayəndələri tərəfindən qoyulub.

Səhər yeməyi duası ənənəsinin təməli 1953-cü ildən Vətəndaş Fondu və Konqres nümayəndələri tərəfindən qoyulub.

Hər il bu tədbirə 3,000-dən çox insan qatılır.

Duayt Eyzenhauer tədbirdə iştirak edən ilk Amerika prezidenti olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG