Accessibility links

Prezident Tramp 1.5 trilyonluq infrastruktur planını elan edib [Video]


Prezident Tramp 1.5 trilyonluq infrastruktur planını elan edib
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Amerika infrastrukturu yaxşı vəziyyətdə deyil. ABŞ prezidenti Donald Tramp ölkə üzrə infrastrukturun yenilənməsi üçün 1.5 trilyon planını elan edib. Lakin həmin pul icmalara çox gec çatır.

2015-ci ilin dekabr ayında yerli tarixin bir hissəsi olan bu körpü dağıdıldı. Pitsburq şəhərinin Qrinfild Körpüsü Birləşmiş Ştatlar ərazisində yenidən tikilən minlərlə infrastruktur layihələrindən biri oldu.

95 yaşlı körpünün təmiri yerli icmaların əksəriyyəti üçün federal və ştat hökümətinin dəstəyi olmadan reallaşdırılması çox baha başa gələn işdir.

Quy Kosta, Pitsburq şəhəri: “Bizim buna ehtiyacımız var. Hər kəsin ehtiyacı var. Yalnız Pitsburqda və qərbi Pensilvaniyada deyil, bütün ölkədə. Bizim infrastruktumuz köhnədir. Ona görə də, vəsait tapa bilsək, əla olardı. ”

Şəhər rəsmisi Qay Kosta deyir ki, federal pullar təmirin 80 faizini əhatə edir. Əlavə olaraq 15 faizi Pensilvaniyadan, 5 faiz isə Pitsburq şəhərindən gəlir.

Bu isə o deməkdir ki, 19 milyonluq körpünün tikintisi üçün şəhər yalnız bir milyon ödəyir.

Prezident Tramp seçki kampaniyası zamanı qeyd edib ki, ölkə üzrə pis vəziyyətdə olan infrasturkturun yenilənməsi üçün Konqresdən bir trilyon dollar vəsait istəyəcək.

Yerli rəsmilər buna çoxdan ehtiyac olduğunu deyirlər.

Bil Peduto, Pirsburq meri: “Biz bütün infratrukturu sıfırdan tikmişik. Heç bir şeyi təmir etməmişik. Heç birini.”

Pitsburq vaxtılə polad istehsalı ilə ixtisaslaşmış sənaye şəhəri idi.

Vəsait Pitsburqun mərkəzini şəhərin kənar əraziləri ilə birləşdirən yeni infrastruktura sərf edilib, nəinki köhnələrin təmirinə.

Bil Peduto, Pirsburq meri: “Bu sizin evdən fərqlənmir. Damınız axıtmağa başlayanda, siz buna əhəmiyyət vermirsiniz və bir gün siz oyanıb, bütün damı dəyişmək qərarı verirsiniz.”

Lakin bürokratiya prosesi yavaşladır.

Qay Kosta, Pitsburq şəhəri: “Vaşinqtonda təsdiq edilən vəsaitlərin çoxunun yerli səviyyəyə çatması illər apara bilər. Ondan sonra isə sən dörd illik inşaat prosesinə başlayırsan.”

Bu infrastruktur layihəsi 20,000 nəfərin həyatına təsir edir. Və bu 300,000-lik şəhərdə yalnız bir körpüdür. Təsəvvür edin, eyni layihələr bütün ölkə üzrə həyata keçirilir.

Lakin tərəqqi narahatlıq da gətirir. Qrinfild Körpüsünü istifadə edən minlərlə sakin indi vaxtılə sakit olan məhəllərdən keçir.

Keti Lederman, Sakin: “Bu elə səs-küy və narahatlıq yaratdı ki, mən öz evimi satmaq haqqında düşünürəm. Bu çox pisdir.”

Qrinfild Körpüsü Obama adminisiyasının təsdiq etdiyi vəsaitin köməkliyi ilə 2017-ci ilin oktyabrında yenidən açıldı. Ölkə üzrə bərbad halda olan digər 58,000 körpünün taleyi Tramp administrasiyasının Konqresi inandıra bilib-bilməməsindən asılıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG