Accessibility links

Tramp irqçilikdə ittiham edilib


Tramp irqçilikdə ittiham edilib
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Tramp irqçilikdə ittiham edilib

ABŞ prezidentinin 4 konqresmen qadına "bəyənmirsinizsə, vətəninizə qayıdın" deməsi demokratların ciddi tənqidi ilə qarşılanıb. Bəziləri bunu irqi-ayrıseçkilik kimi qiymətləndirib.

Ağ Evin həyətində ballistik raketlərdən müdafiə sistemi də daxil edilməklə, Amerikada istehsal edilən məhsulların nümayişi keçirilirdi. Lakin vəziyyət bir anda dəyişdi.


"Ölkəmizə nifrət edir, onu bəyənmirsinizsə, çıxıb gedə bilərsiniz" -deyə, Tramp bildirib.

Prezident bunu Somalidə anadan olan qanunverici, müsəlman İlhan Ömərə tviter hücumu ilə bağlı sualın cavabında deyib.


"Ölkəmiz haqda deyilənlər, anti-simit danışıqları, İsrailə nifrət, Əl-Qaidə kimi düşmənlərimizə sevgi görəndə, özünüz nə olduğunu yaxşı bilirsiiniz. Mən bunun demokratlar üçün yaxşı olacağını düşünmürəm" , Tramp əlavə edib.

Tramp Ömərdən başqa Aleksandria Kortez, Rəşidə Tlaib və Ayanna Presli kimi rəngləri ağ olmayan qadınları hədəf alıb. Onlar prezidenti irqlikdə ittiham edib.


"O, ölkəmizdə irq, din, gender oriyentasiyası və mühacirətə əsalanaraq parçalanma yaradır. Çünki bu onun bildiyi yeganə yoldur. O bunu da yaxşı bilir ki, biz bütün fərqlərimizlə həmrəyliyi qoruyub saxlayırıq" , İlhan Ömər bildirib.


Prezidentin şərhləri onun administrasiyasının sığınacaq istəyənlərlə bağlı yeni ölçülər tətbiq etdiyi vaxta təsadüf edib. Tənqidçilər bu ölçünü qanunsuz adlandırararq, məhkəmələrə müraciət edəcəklərini bildirir.

"Konqres açıq şəkildə bildirdi ki, əgər 3-cü ölkə qərarı qəbul edilsə, razılığa əsaən bu ölkədən sığınacaq qadağan edilir. Bu administrasiya indi deyir ki, hər hansısa üçüncü ölkə vasitəsi ilə gəlirsinizsə, sığınacaqdan məhrum edilirsiniz" - deyə, Amerika İnkişaf Mərkəzindən Tom Cavets deyib.

Tramp administrasiyası qanunsuz mühacirlərin həbsinin davam etdirəcəyini də bildirib. Lakin prezidentin vəd etdiyi kimi genişmiqyaslı əməliyyatalara dair heç bir işarə görünmür.

XS
SM
MD
LG