Accessibility links

Tramp: İrqçilik şərdir!


Tramp: İrqçilik şərdir!
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Bazar ertəsi prezident Tramp Ağ Evdə çıxışı zamanı işlətdiyi sözlər bəzilərin fikrincə iki gün gecikib.

“İqrçilik şərdir. Zorakılığı törədənlər cinayətkarlardır. Bura Ku Kluks Klan ilə neo-nasistlər də daxil olmaqla ağ supremasistlər, bizim amerikalılar kimi əziz tutduğumuz dəyərləri qəbul etməyən hər bir nifrət qrupu daxildir.”

Trampın televiziya ilə canlı yayımlanan bu bəyanatı hadisə haqqında şənbə günü verdiyi şərhlərinin hər iki partiya üzvləri tərəfindən tənqid ediləndən sonra verilib. Həmin gün Tramp niftəri və fanatizmi qınamasına baxmayaraq, ağ supremasistləri və yürüşdə iştirak edən digər qrupların adını qeyd etməmişdi.

Etiraz, təşkilatçılar və onlara qarşı çıxanlar arasında bir neçə saat davam edən zorakılığa çevrildi.

33 yaşlı Hezer Heyer etiraz edən qrupa qarşı çıxanlardan biri idi. O, maşının kütlənin üzərinə sürülməsi nəticəsində ölüb.

Məhkəmə 20 yaşlı sürücü Ceyms Fildsin zaminə buraxılmasına icazə verməyib. O, ikinci dərəcəli qətl və digər cinayətləri törətməkdə ittiham edilir.

İnsan hüquqları müdafiəçiləri deyir ki, ifadə azadlığının zorakılığa keçməsi hüquq mühafizə orqanlarını və Amerika hüquq sistemini çətin vəziyyətə qoyur.

Lora Mörfi 20 illik iş təcrübəsinə malik olan vətəndaş hüquqları ekspertidir.

“Çox vacibdir ki, sözlərlə əməlləri ayıraq. Ali Məhkəmə həddindən artıq provokativ sözlərin, nifrətlə dolu ifadələrin işlədilməsinə icazə verib. Düşünürəm ki, bu yaxşı şeydir. Çünki insanlar hislərini ifadə edə bilməsələr, onlar heç nəyi dəyişə bilməzlər.”

Geyb Rotman milli təhlükəsizlik və ifadə azadlığı ekspertidir.

“Konstitusiyada ifadə azadlığını qoruyan birinci düzəliş fikrini heç bir qorxu olmadan bildirmək mənasını verir. Buna görə də, bu prinsip hüquq mühafizə orqanlarının işində əks olunur. Onlar insanları fikrini ifadə etməyini dayandıra bilməzlər. İfadələr zorakılıq halına keçdiyi halda isə, polis hər iki tərəfi mühafizə etmək üçün müdaxilə etməlidir.”

Los Ancelesin Simon Visental Mərkəzindən ravin Marvin Hier deyir ki, dözümsüzlük sözlərin sürətlə zorakılığa keçmisinə səbəb olur.

“Biz onları yenidən, gün işığında görəndə, onların eyni sözlərini, eyni terminologiyalarını eşidəndə biz onlara öz qüvvələrimiz, təhsil qüvvələrimizlə cavab verməliyik. Biz əmin olmalıyıq ki, onlar bu ifadələrin nə məna verdiyini anlayırlar. Bu məktəblərdə tədris edilməli, nasizmin tarixini bilənlər, bunu öz həyatlarında yaşayanlar tərəfindən danışılmalıdır.”

ABŞ Ədliyyə Nazirliyi şənbə günü zorakılığı ilə bağlı vətəndaş hüquqları tədqiqatına başlayılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG