Accessibility links

ABŞ prezidenti təhqiqata cəlb edilməyib


ABŞ prezidenti instintaqa cəlb edilməyib. Bunu Donald Trampın vəkillərindən biri deyib.

İstintaq Trampın ədaləti əngəlləmə və Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi ilə bağlıdır.

Vəkil Cey Sekulounun dediyinə görə, Tramp xüsusi nümayəndə Mullerin rəhbərlik etdiyi istintaqa daxil edilməyib. Baxmayaraq ki, Tramp keçən həftə Mullerin onu araşdırdığını bildirib.

Keçən ay prezident FBİ-ın rəhbəri Ceyms Komini işdən çıxarmasından sonra Muller xüsusi məsləhətçi kimi Rusiyanın seçkiyə müdaxiləsini araşdırmaq üçün təyin edilib.

Komi Senat qarşısında verdiyi ifadədə bildirib ki, prezident Tramp onunla bir neçə dəfə gizli olaraq həm Ağ evdə, həm də telefonla görüş keçirib.

Kominin sözlərinə görə, o inanır ki, Trampın onunla görüş keçirməsinin səbəbi keçmiş təhlükəsizlik müşaviri Mayk Flinn istintaqının dayandırmasını istəməsidir.

ABŞ prezidenti ədalətə əngəl törətməsinə dair aparılan təhqiqatı tənqid edib. Donald Tramp istenza ilə Tvitter hesabında yazıb ki, Rusiya ilə bağlı qondarma hekayənin heç bir əsası olmadığı üçün indi ədalətə əngəl məsələsi ortaya atılıb.

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini və prezident Donald Trampın kampaniyası ilə əlaqələrini araşdıran xüsusi məsləhətçi prezidentin ədaləti əngəlləməsini istintaqa əlavə edib.

Washington Post, New York Times Wall Street Journal qəzetlərində çıxan məqalələr istintaqla əlaqəli şəxslərin verdiyi məlumatlarına əsasən hazırlanıb.

Mueller, a former director of the Federal Bureau of Investigation, was named last month to conduct a wide ranging criminal probe whether Trump campaign aides illegally colluded with Russian officials to help Trump win and also whether Trump obstructed justice in firing another FBI director, James Comey, at a time he was leading the Russia investigation before Mueller's appointment.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG