Accessibility links

Tramp Kaliforniyada yanğının dağıtdığı əraziləri ziyarət edəcək


Paradays, Kaliforniya
Paradays, Kaliforniya

ABŞ prezidenti Donald Tramp şənbə günü deyib ki, rəsmilər daha məsuliyyətli olsalar, Kaliforniyada böyük ziyanlara səbəb olan meşə yanğınları azaltmaq mümkün ola bilərdi.

Tramp bu sözləri o, Kaliforniyada vəziyyəti dəyərləndirmək, yerli rəsmilər və yanğının nəticələrinə məruz qalan insanlarla görüşmək məqsədilə təyyarəyə minmədən öncə söyləyib.

“Biz meşələrin idarə olunması haqqında danışacağıq. Mən uzun zamandır söyləyirəm. Vəziyyət tamamilə fərqli ola bilərdi, lakin hər kəs bilir ki, biz bunu edirik və bununla bağlı heç bir sual yoxdur. Amma düşünürəm ki, hər kəs düz deyir. Bu, böyük məsələdir”, Tramp Ağ Evdə müxbirlərə bildirib.

ABŞ prezidenti Donald Tramp müxbirlərin suallarını cavablandırır
ABŞ prezidenti Donald Tramp müxbirlərin suallarını cavablandırır

Trampın Kaliforniyaya səfəri onun meşə yanğınlarına görə ştat rəsmilərini günahlandırıb, federal yardımı kəsməklə hədələməsindən bir həftə sonraya təsadüf edir. O tvittlərində bir çox alimin iqlim dəyişikliyinə səbəb olduğunu dediyi Kaliforniyadakı quraqlıqdan bəhs etməyib.

Kaliforniyanın vəzifədən gedən qubernatoru Cerri Braun və yeni seçilmiş qubernatoru Qavin Nyusom da Trampla birgə Kaliforniyanın şimal və cənubund dağıntıların olduğu əraziləri ziyarət edəcək. Tramp həmçinin federal fövqəladə yardım rəsmiləri və yerli yanğınsöndürənlərlə görüşəcək.

Braun, ABŞ-ən daxili işlər naziri Rayan Zinke və Federal Fövqəladə Hallar İdarəsinin direktoru Brok Lonq çərşənbə günü Paradays şəhərini ziyarət edib. Braun nəhəng yanğına görə iqlim dəyişikliyini günahlandırıb, Zinke isə bunu bir tək səbəblə izah etməmək barədə xəbərdarlıq edib.

Ştat rəsmiləri deyir ki, Kaliforniya tarixinin ən ölümcül yanğını nəticəsində Paradays şəhəri və yaxınlığında itkin düşən insanların sayı 1000-ə, ölənlərin sayı isə 71-ə çatıb.

Bat Qraflığının şerifi Kori Honea cümə günü bildirib ki, onun hazırladığı itkin düşən insan siyahısında yanğından qaçan, lakin itkin olaraq bildirildiklərini bilməyən insanların olduğunu və bu siyahıdakı rəqəmin dəyişəcəyini söyləyib. Kori yanğından qurtulan insanların hüquq-mühafizə orqanlarını xəbərdar etməyə çağırıb.

Rəsmir deyir ki cümə günü yanğın artıq 590 kilometrlik ərazini yandırıb, yanğının isə 50 faizinin qarşısı alınıb.

Paradays, Kaliforniya
Paradays, Kaliforniya

Alovlar 52 min insanı evakuasiya etməyə məcbur edib və onlar çadırlarda, motellərdə, qohum və dostlarının evində qalır.

Cümə günü rəsmilər deyib ki, yanğından sonra düşərgələrində qalan azı 25 insan norovirus səbəbilə xəstəxanaya yerləşdirilib.

Kamp yanğının səbəbləri təhqiq edilir, amma rəsmilər yanğına nasaz elekrik avadanlığın səbəb olduğunu deyir.

Kaliforniyada meşə yanğınları tez-tez baş verir, xüsusilə də havanın isti olduğu, quru küləklərin alovları yaydığı zamanlarda. Kaliforniyanın cənubunda yanğınsöndürənlər digər yanğınları söndürməyə çalışır. Onlar arasında Los Anceles yaxınlığında Malibu şəhərində üç nəfərin ölümü, azı 500 binanın yanmasına səbəb olan Vusli yanğını da var.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG