Accessibility links

Tramp Kaliforniyada yanğının dağıtdığı əraziləri ziyarət edib


ABŞ prezidenti Donald Tramp ştatı bürümüş yanğının nəticələri ilə tanış olmaq məqsədilə şənbə günü Kaliforniyaya səfər edib.

“Belə bir şeyin baş verə biləcəyini heç kəs fikirləşə bilməzdi. Tam dağılmış kimidir”, Tramp Kaliforniyanın şimalındakı Paradays şəhərində yanğın nəticəsində dağıntıları gördükdən sonra jurnalistslərə bildirib.

Yanğın nəticəsində ölənlərin sayının şənbə günü 76 nəfərə çatdığı bildirilir. 1300-dən çox insan itkin düşüb. Azı 9700 ev yanğın nəticəsində dağılıb.

Kaliforniya rəsmiləri prezident Donald Trampa yanğının yayıldığı əraziləri göstərir, 17 noyabr, 2018.
Kaliforniya rəsmiləri prezident Donald Trampa yanğının yayıldığı əraziləri göstərir, 17 noyabr, 2018.

“Kemp” yanğını ştat tarixində ən ölümcül yanğındır. 5500-dən çox yanğınsöndürən ştatda dağıntılara səbəb olan yanğının nəzarət altına götürülməsinə çalışır. Hələlik yanğının yalnız 55 faizi məhdudlaşdırılıb.

“Mənə elə gəlir ki, insanlar bunu başa düşmək üçün bunları görməlidilər”, Tramp bildirib.

Trampı səfəri zamanı Paradays şəhərinin meri Codi Cons, Kaliforniynın qubernatoru Cerri Braun, gubernator seçilmiş Qevin Nyusom və Federal Təcili Hallar agentliyinin rəhbəri Brok Lonq müşayiət ediblər. ABŞ prezidenti Vaşinqtondan Kaliforniyaya səfər edib və bir gün ərzində geri qayıdıb.

Prezident Tramp Paradays şəhərinin meri Codi Consla yanğının nəticələri ilə tanış olur, 17 noyabr, 2018.
Prezident Tramp Paradays şəhərinin meri Codi Consla yanğının nəticələri ilə tanış olur, 17 noyabr, 2018.

Tramp Kaliforniya rəsmilərinə federal hökumət tərəfindən yardımın ayrılmasını vəd edib. “Biz hamımız birlikdə işləyəcəyik. Ümid edirik ki, bu, sonuncu olacaq, çünki, həqiqətən də bu, çox pis bir yanğın idi”, Tramp bildirib.

Lakin bundan sonra Trampa yanğının onun iqlim dəyişikliyi ilə bağlı fikrini dəyişib-dəyişmədiyi soruşulduqda o buna “xeyr” deyərək cavab verib. Trampın sözlərinə görə, o, bir çox amillərin rol oynadığını düşünür.

Yanğın bir həftədən çoxdur davam edir. Rəsmilər yanğın nəticəsində təxminən 590 kvadrat kilometr ərazinin yandığını və yanğının 50 faiz məhdudlaşdırıldığını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG