Accessibility links

Tramp Kanada və Meksika ilə ticarət razılaşmasını alqışlayıb


ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar, Kanada və Meksika arasında yeni ticarət razılaşmasının Amerika tarixində “ən böyük müqavilə” adlandırıb. Tramp razılaşmanın Amerika işçilərinin müdafiəsinə kömək edəcəyini deyib.

ABŞ və Kanada rəsmiləri son anda keçirilən intensiv danışıqlardan sonra bazar günü axşam Şimali Amerika Azad Ticarət Sazişini Meksika ilə əldə edilmiş yeni üçtərəfli ticarət sazişi ilə əvəz etməyə razılaşdıqlarını elan edib.

“Bu, bizim hamımız üçün çox yaxşı bir razılaşmadır”, Tramp Ağ Evdə keçirilən brifinqdə bildirib.

1.2 trilyon dəyərində illik ticarəti nəzərdə tutan ABŞ-Meksika-Kanada razılaşmasının 60 gün ərzində prezident Donald Tramp və onun meksikalı və kanadalı həmkarları tərəfindən imzalanacağı gözlənilir.

Tramp ticarətə dair yeni razılaşmanı tərifləyərək, bunun “bütün üç ölkə üçün çox yaxşı razılıq” olduğunu və bundan əvvəlki “NAFTA-nın çatışmazlıqları səhvlərini aradan qaldırdığını” deyib.

Tramp NAFTA-Şimali Amerika Azad Ticarətə dair müqaviləni 2016-cı ildə prezident seçki kampaniyasının əsas tənqid hədəfinə çevirmişdi.

O, NAFTA-nı tarixdə ən pis razılaşma adlandıraraq, 1994-cü ildə qüvvəyə minəndən bəri Amerikada istehsal sahəsində iş yerlərinin itirilməsinin əsas səbəbinin onunla əlaqələndirmişdi.

XS
SM
MD
LG