Accessibility links

Tramp Kavanonu ittiham edən qadının iddialarını sual altına alıb


ABŞ prezidenti Donald Tramp Ali Məhkəmə hakimliyinə namizəd göstərdiyi Brett Kavanonu 1982-ci ildə bir qonaqlıqda ona cinsi təcavüz cəhdində ittiham edən qadının iddialarını şübhə altına alıb.

Trampın sentyabrın 21-də yazdığı Twitter postunda deyilir ki, “əgər təcavüz cəhdi o deyən qədər pis olubsa, yerli hüquq-mühafizə orqanlarına bu qadın, ya da onu sevən valideynləri tərəfindən dərhal şikayət verilməli idi”.

O yazıb ki, Kavano “nəcib adamdır və qüsursuz reputasiyaya malikdir və o cavabları bilmək istəməyən radikal solçu siyasətçilər tərəfindən hücuma məruz qalıb”.

ABŞ Senatının Ədliyyə Komitəsinin başçısı deyir ki, Ali Məhkəməyə namizəd Brett Kavanonu cinsi qısnamada təqsirləndirən qadın bazar ertəsi keçiriləcək dinləmədə ifadə verib-verməyəcəyinə cümə gününədək qərar verməlidir.

Kaliforniyada psixologiya üzrə professor Bleysi Ford dinləmədə iştirak edib-etməyəcəyini daha söyləməyib. Onun vəkilləri o, ifadə vermədən öncə Federal Təhqiqat Bürosunun istintaq aparmasına çağırıb.

O, Ford Kavanonu 36 il öncə məktəbdə ikən ona qarşı təcavüz etməkdə günahlandırıb. Kavano ittihamları rədd edir.

Brett Kavano
Brett Kavano

Senatın Ədliyyə Komitəsinin cümə axşamı Kavanonun namizədliyi üzərində səs verəcəyi gözlənilirdi, lakin Ford Vaşinqton Post qəzetində dərc olunan məqalədə öz ittihamlarını irəli sürəndən sonra səsvermə təxirə salınıb.

Bir çox respublikaçı təsdiq prosesinin davam etdirilməsinə çağırıb və demokratları səsvermənin qarşısını almağa çalışmaqda ittiham edib.

Fordun vəkili deyib ki, o və ailəsi təhdid olunub, bu da onların evlərini tərk etmələrinə səbəb olub.

XS
SM
MD
LG