Accessibility links

Tramp Kenoşa şəhərini ziyarət edib


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı ötən həftə ağ polis zabitinin qara Ceykob Bleyki həbs etməyə çalışırkən arxadan güllə ilə yeddi dəfə vurmasından sonra başlayan çaxmaşma nəticəsində Viskonsin ştatının Kenoşa şəhərinin dağılan hissələrini ziyarət edib.

ABŞ lideri hüquq-mühafizə orqanlarının zabitləri ilə görüşü zamanı deyib ki, zorakılığı yatırmaq üçün “Siz qətiyyətli olmalısınız, siz sərt olmalısınız, siz güclü olmalısınız və insanları həbs etməyə hazır olmalısınız.”

Daha sonra hüquq-mühafizə orqanları ilə müzakirələr zamanı Tramp “Burada anarxistlər, talançılar və iğtişaşçılar var. Burada hər cür insan var. Təşviqatçılar var” deyib.

Trampla noyabrda keçiriləcək prezident seçkisindən onun rəqibi olacaq Demokrat Co Bayden arasında kimin ölkəni daha təhlükəsiz edəcəyinə dair siyasi mübahisə gedir. Tramp “ehtiyatsız ifrat-solçu siyasətçilərə hücum edərək “Biz hüquq-mühafizə orqanlarına daha çox dəstək verməliyik” deyib.

Tramp bildirib ki, Kenoşada “zorakı cinayətkarlar azı 25 biznesi dağıdıb və ya zərər veriblər, ictimai binaları yandırıblar və polis zabitlərinə kərpic atıblar, polis zabitləri isə buna göz yummayacaq.”

“Və onlar göz yummadılar. Bu, dinc etiraz deyil, ölkədaxili terrordur.”

Tramp Miçiqan Gölünün sahilində yerləşən 100 000 sakini olan Kenoşanı şəhərin meri və Viskonsinin qubernatoru Tori Eversin etirazlarına rəğmən ziyarət edib. Ever polis Bleykin avüustun 23-də güllələnməsi ilə bağlı istintaqı davam etdirdiyi üçün Trampın ziyarəti üçün hələ tez olduğunu deyib. Bleykin ailə üzvləri onun qismən iflic vəziyyətdə olduğunu bildirir.

Bundan əlavə polis Bleykin polis tərəfindən vurulmasından sonra şəhərdə baş verən etirazlar zamanı iki etirazçının öldürülməsi, bir digərinin isə yaralanması faktı ilə bağlı da istintaq aparır. Polis bununla əlaqədar Kenoşa bizneslərini etirazçılardan qoruduğunu iddia edən yeniyetməni həbs edib.

Demokrat Evers Kenoşaya ştatın Milli Qvardiya qoşunlarını göndərib və daha sonra Ağ Evin əraziyə daha çox federal hüquq-mühafizə zabitlərinin göndərilməsi təklifini qəbul edib.

Tramp səfəri zamanı Bleykin ailə üzvləri ilə görüşməyib, lakin bir neçə dəfə ailə keşişi ilə söhbət etdiyini vurğulayıb.

XS
SM
MD
LG