Accessibility links

Donald Tramp kəşfiyyat rəsmiləri ilə görüş keçirir


ABŞ-ın növbəti prezidenti Donald Tramp kəşfiyyat xidmətlərinin nümayəndələri ilə görüş keçirir. O, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ideyasını rədd etsə də, kəşfiyyat rəsmilərinin fikirlərini dinləcəyək.

Kəşfiyyat orqanlarının kəskin tənqidçisi olan Tramp tonunu bir qədər yumşaldaraq, Tweet hesabında "mən ABŞ kəşfiyyatının böyük fanatıyam" - deyə yazıb.

ABŞ-ın kəşfiyyat rəsmiləri Rusiyanın hakerlik və sənədlərin sızdırılması ilə 2016-cı il prezident seçkilərinə müdaxilə etdiyini təsdiqləyib.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında ifadə verən Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers və müdafiə nazirinin kəşfiyyat məsələləri üzrə müavini Marsel Lettre Rusiyanın kibet-hücumlarını böyük təhdid adlandırıb.

Klapper bildirib ki, kəşfiyyat orqanları WikiLeaks-in məlumatının vətəndaşların seçiminə nə dərəcədə təsir göstərdiyini müəyyən edə bilməz.

“Onların seçici fəallığını izləmək imkanları ola bilməzdi,” deyə o bildirib.

Donald Trampın kəşfiyyat agentliklərinin dəyərləndirməsi ilə bağlı dediklərinə reaksiya verən Ceymz Klapper "kəşfiyyat icmasına ictimai inamın" güclü olmasının vacibliyini vurğulayıb.

"Fikrinmcə skeptisizmlə gözdən salmaq arasında fərq var," deyə o Trampın kəşfiyyat işçiləri haqda dediklərinə eyham vurub.

XS
SM
MD
LG