ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Un ilə iki Koreya dövlətini ayıran sərhədin demilitarizasiya zomasında “əl sıxaraq, salam vermək üçün”görüşməyə hazır olduğunu deyib.
Tramp şənbə günü Cənubi Koreyaya eniş etməkdən bir neçə saat öncə Twitter vasistəsilə bu təklifi irəli sürüb.
Yaponiyada keçirilən Böyük 20-lik sammitində şənbə günü səhər saatlarında müxbirlərə danışan Tramp bu görüşün yalnız iki dəqiqə çəkə biləcəyini qeyd edib.
Tramp daha sonra Şimali Koreya sərhədini keçməkdə problem görmədiyini deyib. O əlavə edib ki, bu baş verdiyi halda tarixdə ilk dəfə vəzifəsini icra edən ABŞ prezidenti Şimali Koreyaya ayaq basmış olacaq.
Kim hələlik Trampın təklifinə cavab verməyib. Lakin Şimali Koreyanın xarici işlər naziri Xo Son Hui bu dəvəti “maraqlı təklif” adlandırıb.
Tramp və Kim arasında yeni görüş donmuş nüvə danışıqlarının bərpasına kömək edə bilər.