Accessibility links

Tramp: 'Kim Conq Unun oyun oynadığını düşünmürəm'


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unun cənubi koreyalı həmkarı ilə cümə günü keçirdiyi tarixi sammit zamanı etdiyi vədlərlə bağlı nikbinliyini ifadə edib.

“Xeyr, mən onun oyun oynadığını düşünmürəm,” deyə Tramp Ağ Evdə Almaniya kansleri Angela Merkel ilə görüşü zamanı bildirib. “Məsələ heç vaxt bu həddə çatmamışdı,” o deyib.

Kim cümə günü Cənubi Koreya sərhədini keçən ilk Şimali Koreya lideri oldu.

Sərhədin Cənubi Koreya tərəfində gözləyən prezident Mun isə Kim ilə əl sıxışıb.

İki lider Koreya yarımadasını nüvə silahlarından təmizləmək üzərində razılıq əldə edib. Onlar həmçinin Koreya müharibəsini rəsmən sonlandıracaq danışıqların aparılmasına söz verib.

Şimali Koreya daha öncə də nüvə proqramı ilə bağlı bənzər vədlər edib, lakin yerinə yetirməyib. Pxenyanın vədinin bu dəfə həqiqi olub-olmadığı ilə bağlı suala, Tramp “bizimlə oyun oynamayacaqlar,” deyə cavab verib.

"Biz keçmiş administrasiyalar kimi deyilik. Biz oyun oynamırıq,” Tramp deyib.

Bir çoxları Kim ilə Tramp arasında mümkün görüşdən bir neçə həftə öncə baş tutan bu sammiti iki ölkənin nüvə müharibəsinin astanasından geri addım atması kimi qiymətləndirir.

Tramp deyib ki, ABŞ “yaxında görüş təşkil edəcək,” lakin o, dəqiq vaxt bildirməyib. O deyib ki, rəsmilər sammitin keçirilməsi üçün iki və ya üç məkanı nəzərdən keçirir.

“Biz həll yolu tapacağıq, tapmayanadək isə otaqdan çıxmayacağıq,” Tramp əlavə edib.

Danışıqlar Tramp administrasiyasının nüvə silahları proqramından imtina etməsi üçün Şimali Koreyaya “maksimum təzyiq” kampaniyasını şiddətləndirməsindən sonraya təsadüf edib.

Bu kampaniyaya ağır sanksiyalar və hərbi gücdən istifadə ilə bağlı hədələr daxil idi. Tramp, lazım olsa, Şimali Koreyanı “tamamilə məhm etməyə” hazır olduğunu demişdi.

Hələ ki, bu hədələr aradan qaldırılıb. Amma Şimali Koreyanın danışıqlarda hansı təkliflər irəli sürəcəyi və müqabilində nələri tələb edəcəyi bilinmir.

Cümə günü Mun və Kimin yaydığı bəyanatda bildirilib ki, iki lider “nüvəsizləşdirmə yolu ilə nüvəsiz yarımada məqsədini təsdiq edib.”

Görüşdən sonra Tramp danışıqlara dəstəyi ilə bağlı tvit atıb və deyib ki, “yaxşı şeylər baş verir, amma nə olacağını zaman göstərəcək.”

Bundan 15 dəqiqə sonra o, “Koreya Müharibəsi bitəcək! Birləşmiş Ştatlar və onun möhtəşəm xalqı Koreyada baş verənlərlə qürur duymalıdır,” deyə başqa bir tvit atıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG