Accessibility links

Tramp-Kim görüşü Sinqapurda baş tutacaq


Ağ Ev bildirib ki, gələn həftə ABŞ prezidenti və Şimali Koreya lideri arasında görüş Sinqapurun Sentosa adasının Capella mehmanxanasında keçiriləcək.

Ağ Evin mətbuat xidmətinin rəhbəri Sara Hakabi Senders bəyanatı Twitter hesabında yayaraq, Sinqapura ev sahibliyinə görə təşəkkürünü bildirib.

Bundan əvvəl prezident Tramp deyib ki, iyunun 12-də keçiriləcək görüş böyük bir başlanğıca start verəcək.

ABŞ və Şimali Koreya rəsmiləri isə sammitə zəmin hazırlayır.

Tramp bundan əvvəl Kimlə görüşün ləğv edildiyini bildirmişdi, lakin hər iki tərəf sammitin baş tutmasına çalışırdı.

Sammitin gündəliyi hələ ki, məlum deyil.

Pxenyan uzun illərdir ki, nüvə və ballistik raket proqramlarına görə BMT-nin sərt sanksiyaları altındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG