Accessibility links

Tramp Kim ilə DMZ-də görüşdü və Şimali Koreya ərazisinə keçdi


ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un Şimali və Cənubi Koreyalar arasındakı sərhədin demilitarizasiya zonasında (DMZ) görüşüblər. Tramp Şimali Koreya ərazisinə ayaq basdıqdan sonra, hər iki lider Cənubi Koreya ərazinə keçdilər.

Cənubi Koreya ərazisində Tramp və Kim daha öncə ayrılmış ailələrin görüşdüyü, indi isə əsasən turistlərin ziyarət etdiyi “Azadlıq Evi” adlanan yerə daxil oldular. Orada onlar danışıqlar keçirdilər. Görüşdə Cənubi Koreya prezidenti Mun Cae İn də iştirak edirdi.

Şimali Koreya lideri görüş zamanı Trampa Pxenyanı ziyarət etməyi təklif edib. Cavabında isə Tramp Kimi ABŞ-a dəvət etməyə hazır olduğunu deyib. Tramp DMZ-ni ziyarət etmiş beşinci ABŞ prezidenti olsa da, Şimali Koreya ərazisinə ayaq basmış ilk ABŞ prezidenti oldu.

Bu, Tramp və Kim arasında keçirilən üçüncü görüş idi. Bu günlərdə ABŞ prezidenti Twitter vasitəsilə Şimali Koreya liderinə DMZ-də görüşmək və əl sıxmaq təklifi ünvanlamışdı. ABŞ prezidentinin sözlərinə görə, Şimali Koreya lideri daha öncə bu cür görüşün keçirilməsinin faydalı ola biləcəyini qeyd etmişdi.

Amerikalı diplomatların bildirdiyinə görə, görüş dalana düşmüş Koreya yarımadasının nüvəsizləşdirilməsi danışıqlarının bərpasına kömək edə bilər.

Kim və Tramp arasında 2019-cu il ilin qışında Hanoyda keçirilmiş ikinci sammit zamanı silahsızlaşmanın tempi və Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaların qaldırılmasının sürəti mövzusunda tərəflər arasında mübahisə düşmüşdü. O zaman danışıqların gələcəyi şübhə altında idi.

Trampın dediklərinə görə, Kim Conq Un Şimali Koreyaya qarşı tətbiq edilniş ABŞ sanksiyaların ləğvi əvəzində Yonben nüvə poliqonunun demontaj edilməsini təklif etmişdi və bu ABŞ tərəfinin qane etməmişdi.

Daha sonra ABŞ prezidenti buna aydınlıq gətirərək, Şimali Koreya ilə nüvə obyektlərinin insepksiyası, səfərlərin tarixləri haqda razılıq əldə edildiyini və Şimali Koreya liderinin nüvə başlıqlarını daşıyacaq gücdə olan raketlərin hazırlanması və sınaqlarının bərpa edilməməcəyini dediyini bildirmişdi.

Tramp bir müddət keçdikdən sonra “Şimali Koreya xalqına xeyri üçün” ölkəyə qarşı sanksiyaların sərtləşdirilməsini istəmədiyini demişdi. Vyetnamdakı zirvə toplantısından bir neçə ay keçdikdən sonra mətbuata nüvə poliqonlarının birinin bərpa edilməsinin mümkünlüyü haqda xəbərlər sızmışdı.

XS
SM
MD
LG