ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında Sinqapurda tarixi zirvə görüşü Pxenyanın Koreya yarımadasının tam nüvəzisləşdirilməsi vədi və ABŞ-ın Cənubi Koreya ilə hərbi təlimləri dayandıracağı ilə bağlı gözləniləməz elanı ilə sona çatıb.
Kimin nüvəsizşlədirilməyə dair təəhhüdü öz əksini vəzifədə olan Amerika prezidenti və Şimali Koreya lideri arasında tarixdə ilk görüşdən sonra imzalanmış sənəddə tapıb. Sənəddə iki ölkənin Koreya yarımadasında davamlı sülhə nail olmaq istiqamətində birgə səy göstərməsinə, ABŞ və Şimali Koreya arasında yeni münasibətlərin yaradılmasına və müharibə məhbusları və müharibə zamanı itkin düşmüş hərbi qüvvələrin üzvlərin qalıqlarının qaytarılmasına çağırılır.
Sənəddə nüvəsizləşdirilmənin detalları gösətilrməsə də Tramp mətbuat konfransı zamanı bildirib ki, prosesə çox tez başlananılacaq.
Şimali Koreyanın nüvəsizləşdirilməsi
“Biz Şimali Koreyanı nüvəsizləşdirəcəyik”, Tramp Amerikanın Səsi ilə əməkdaşlıq edən jurnalist Qreta Van Susterenlə müsahibədə bildirib. O əlavə edib ki, Cənubi Koreyada yerləşdirilmiş ABŞ hərbi qüvvələri orada qalmaqda davam edərək. LakinTramp Şimali Koreyanın uzun müddətdir nail olmaq istədiyi bir güzəşti elan edib. “Biz külli miqdarda pul itkisinə səbəb olan hərbi oyunlara son qoyacağıq”, deyə Tramp Cənubi Koreya ilə birgə hərbi təlimlərə işarə edərək bildirib. Verdiyi mətbuat konfransında Amerika prezidenti hərbi oyunların baha başa gəldiyini, təhrikedici və uyğunsuz olduğunu deyib.
Biz Şimali Koreyanı nüvəsizləşdirəcəyik
Trampın Kimlə danışıqlarla bağlı nikbin tonu təəccüblə qarşılanıb. “Mənim rəhbər Kimlə görüşüm çox açıq, birbaşa və məhsuldar oldu. Biz çox məhdud bir zxamanda bir birimizi yaxşı tanıya bildik”, Tramp bildirib.
Sanksiyalar qalır
ABŞ prezidenti Şimali Koreya nüvə silahlarını aradan qaldırmayana qədər Birləşmiş Ştatların sanksiyalarının qüvvədə qalacağını vurğulayıb.
Tramp bildirib ki, o, məsələni Kimlə müzakirə edib və monitorinq səylərinə “bir çox insan” nəzarət edəcək. Amerika prezidenti Şimali Koreya liderinin razılığa əməl olunması üçün dərhal işə başlayacağını qabaqcadan bildirib.
ABŞ-ın keçmiş səfiri Bill Riçardson Amerikanın Səsinə müsahibədə Şimali Koreyanın nüvəsizləşdirilməsi prosesinin detallarının olmaması, sülh razılaşması və insan haqları məsələləri ilə bağlı narahatlığını ifadə edib.
İnsan haqları
Tramp görüş zamanı məsələyə toxunduğunu və tərəflərin bununla bağlı gələcəkdə müzakirələr apacağını bildirib. Minlərlə insanın əmək düşərgələrində olduğu ilə bağlı sualın cavabında Tramp deyib ki, o, görüşün onlara kömək edəcəyini düşünür, belə ki Şimali Koreyada vəziyyətin düzələcəyini hesab edir.
“Fikrimcə, bu gün ən böyük qaliblər onlardır”, o bildirib.
Otto əbəs yerə bu dünyadan getməyib, bizim burada olmağımızda onun çox böyük rolu olub.
Tramp Şimali Koraya rəsmiləri tərəfindən 2016-cı ilədə həbs edilib, bir ildən sonra Birləşmiş Ştatlara ciddi beyin xəsarəti ilə göndərildikdən sonra ölən amerikalı kollec tələbəsi Otto Varmbiyeri xatırladıb.
“Otto əbəs yerə bu dünyadan getməyib, bizim burada olmağımızda onun çox böyük rolu olub”, Tramp bildirib.
Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında tarixi təkbətək zirvə görüşü təxminən 40 dəqiqə sürüb. Müzakirələr zamanı yalnız tərcüməçilər iştirak edib, sonradan isə nümayəndə heyətləri birgə işgüzar yeməyə qatılıb. Tramp və Kim nahar yeməyindən birlikdə çıxaraq, ABŞ prezidentinin xüsusi limuzininə qısaca tamaşa edib.