Accessibility links

Tramp-Kim sammiti razılıqsız başa çatdı


Tramp-Kim sammiti razılıqsız başa çatdı
please wait

No media source currently available

0:00 0:01:36 0:00

Tramp-Kim sammiti razılıqsız başa çatdı

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un cümə axşamı Koreya yarımadasının nüvəsizləşdirilməsi danışıqlarını planlaşdırılandan daha tez başa çatdıraraq artıq Hanoydakı görüş yerini tərk edib.

Donald Tramp Kim Conq Unla razılıq əldə olunmayan zirvə görüşündən sonra artıq geri qayıdır. Amerikanın Səsinin Ağ Ev bürosunun rəhbəri Stiv Herman Hanoydan Şimali Koreyanın nüvəsizləşdirilməsi barədə müzakirələrinə iki günlük danışıqların vaxtından əvvəl sona çatdığını bildirib.

Onlar istədiyimiz böyük bir ərazini nüvəsizləşdirməyə razı idilər, lakin biz bunun müqabilində bütün sanksiyaları qaldıra bilmərik
Donald Tramp

Ziyafət naharı üçün masalar və Trampla Kimin sənədlərin imzalanması mərasimi hazır idi, lakin hər iki tədbir nahardan öncə təcili ləğv olunub.

Mətbuat konfransı zamanı Tramp Kimin Şimali Koreyadan bütün sanksiyaların götürülməsini, əvəzində isə nüvə proqramının qismən azaldacağını təklif etdiyini söyləyib.

“Danışıqlar masasını həmişə tərk etməyə hazır olmalısan. Mən bu gün nəsə imzalaya bilərdim. İmzalamaq üçün hazır kağızlarımız var idi,” Tramp deyib.

“Onlar istədiyimiz böyük bir ərazini nüvəsizləşdirməyə razı idilər, lakin biz o ərazinin qarşılığında bütün sanksiyaları qaldıra bilmərik,” Tramp əlavə edib.

ABŞ Prezidenti Donald Tramp sammitin ardınca Hanoyda mətbuat konfransı keçirib. 28 fevral, 2019.
ABŞ Prezidenti Donald Tramp sammitin ardınca Hanoyda mətbuat konfransı keçirib. 28 fevral, 2019.

Prezident Hanoy danışıqlarını 'məhsuldar' adlandırıb və gələcəkdə hər iki tərəfin Şimali Koreyanın nüvəsizləşdirilməsi ilə bağlı razılığa gələcəklərinə inandığını söyləyib.

ABŞ dövlət başçısı vətəninə qayıdarkən Cənubi Koreya lideri Mun Jey-İn və Yaponiyanın baş naziri Şinzo Abe ilə telefon müzakirəsi keçirə biləcəyini də qeyd edib.

"Çox təəssüf ki, biz Prezident Donald Tramp və cənab Kim Conq Un arasında tam razılıq görmədik" - deyə, Cənubi Korey prezidentinin sözçüsü Kim Eul-kyeom bildirib. “Eyni zamanda bu da həqiqətdir ki, heç vaxt olmadığı qədər ortada daha məzmunlu proqres var.”

Növbəti, üçüncü zirvə görüşünün keçirilməsinə hazır olub-olmadığı sualına Tramp belə bir toplantının planlaşdırılmadığını, lakin gələcəkdə razılığın əldə olacağına ümidli olduğu deyib.

Trampla bərabər mətbuat konfransında iştirak edən ABŞ dövlət katibi Mayk Pompeo tərəflər arasında müzakirələrin tez bir zamanda bərpa ediləcəyinə ümidini ifadə edib.

Tərəflərin ilk görüşü Sinqapurda baş tutmuşdu.

Kim və ABŞ prezidenti Donald Tramp iyunda Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı razılıq imzalamışdı.

XS
SM
MD
LG