Accessibility links

Tramp: Kim ilə görüşə aydın məqsədlə gedirəm


Prezidenti Donald Tramp bir neçə gündən sonra Şimali Koreya lideri Kim Conq Un ilə keçiriləcək görüşlə “aydın məqsədi” olduğunu desə də, potensial irəliləyişin olub-olmayacağı görüş zamanı bilinəcəyi etiraf edib.

Çərşənbə axşamı Sinqapurda keçiriləcək görüşü Kim üçün “yeganə imkan” kimi təsvir edən Tramp əlavə edib ki, Kanadada keçirilən Böyük Yeddilik sammitini “sülh missiyası” ilə tərk edir.

Müxbirlərin qarşısında çıxış edən prezident, indiyədək hər şeyin qaydasında olduğunu və “naməlum əraziyə” səmimi niyyətlərlə getdyini deyib. Tramp, nəticənin yaxşı olacağına inandığını bildirib.

Danışıqlar aparmaq bacarığına malik olduğunu qürurla ifadə edən Tramp deyib ki, o, Kim ilə görüşün ilk dəqiqələrindən Şimali Koreya liderinin nüvə danışıqları ilə bağlı ciddi niyyətə sahib olub-olmadığını biləcək.

Qarşıdan gələn görüş vəzifə başında olan ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında tarixdə ilk dəfə keçiriləcək.

Tramp görüşün presidentsiz olduğunu bildirərək əlavə edib ki, Kimin öz ölkəsi üçün yaxşılıq istədiyi qənaətindədir.

ABŞ prezidenti həm də, sammitin keçirilməsi hazırlıqları zamanı gördükləri işə görə şimali koreyalıları alqışlayıb.

Tramp Sinqapurda keçiriləcək görüşdə Şimali Koreya liderini nüvə silahı arsenalından və ballikstik raketlərdən imtina etməyə inandıra biləcəyinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG