Accessibility links

Tramp Şimali Koreya lideri ilə görüşə açıq olduğunu deyir


ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla daha bir sammitə açıq olduğunu bildirib. Baxmayaraq ki, Pxenyan dalana dirənmiş nüvə müzakirələrinin bərpasına dair heç bir maraq göstərmir.

Mənim Kimlə əlaqələrim yaxşıdır

Tramp bunu Gray Television-a verdiyi müsahibə zamanı deyib.

"Mən onların görüşmək istədiyini bilirəm və biz bunu mütləq edəcəyik" - deyə, Tramp bildirib. Lakin az sonra prezident əlavə edib ki, "mən bunun səmərəsi olsaydı, edərdim."

Səmərəsi ola bilərmi? sualının cavabında Tramp deyib ki, "mümkündür. Çünki mənim Kimlə əlaqələrim yaxşıdır."

Şimali Koreya bu yaxınlarda bildirib ki, əgər Vaşinqton Pxenyana qarşı “düşmən” siyasətinə son qoymasa, onların Birləşmiş Ştatlarla nüvə danışıqlarını bərpa etməyəcək.

Kim Conq Un
Kim Conq Un

Şimali Koreyanın birinci vitse-xarici işlər naziri Çoe Son Hui sabiq milli təhlükəsizlik müşaviri Con Bolton Nyu Yorkda müxbirlərə prezident Donald Trampın noyabrda keçiriləcək prezident seçkisindən qısa müddət öncə “oktyabr sürprizi” olaraq Şimali Koreya lideri Kim Conq Unla yeni bir sammit keçirə biləcəyini deməsindən sonra bu bəyanatla çıxış edib.

Ötən şənbə günü Şimali Koreya diplomatı Ço Son Hui deyib ki, Amerika ilə üz-üzə oturmaq niyyətimiz yoxdur.

Bu ayın əvvəllərində Cənubi Koreya prezidenti Mun Cey-in noyabr seçkilərinə qədər Trampla Kimin daha bir görüş keçirməsini görmək istədiyini bildirib.

Tramp və Kim Şimali Koreyanın nüvəsizləşməsini müzakirə etmək məqsədilə 2018-ci ildən bəri üç dəfə görüş keçirib, lakin 2019-cu ilin fevral ayında Vyetnamda keçirilən ikinci sammitdən sonra danışıqlar dayanıb. Həmin sammitdə ABŞ Şimali Koreyanın nüvə ambisiyalarından qismən imtina etmək şərti ilə sanksiyalardan azad olunmaq tələbini rədd edib.

Trampla Kim arasında dialoq yarandığından bəri Pxenyan nüvə və uzunmənzilli raketlərin sınağını dayandırıb, lakin nüvə silahının inkişafını hələ də davam etdirir. Təxminlərə görə Şimali Koreya hazırda 40 nüvə bombasının istehsalı üçün kifayət qədər materiala malikdir.

Pxenyanın nüvə fəaliyyətini davam etdirməsinə dair sualın cavabında Tramp deyib:

“Görəcəyik. Hələ ki, heç bir çatdırılma yoxdur. Hələ yoxdur. Amma hər an ola bilər. Biz ciddi müzakirələr keçirməliyik. Nəsə baş vermədən öncə vaxtımız olmalıdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG