ABŞ prezidenti Donald Tramp haqda “Hücum: Tramp alov altında” adlı yeni kitab nəşr edilir.
Səs-küylü “Alov və hiddət” kitabının müəllifi Maykl Vulfun yeni əsərində Tramp və Tramp administrasiyası haqda yaxın mənbələrdən əldə edilən hekayalərdən bəhs edilir.
Henry Holt and Company nəşriyyatı “Hücum: Tramp alov altında” kitabının iyunun 4-də işıq üzü görəcəyini bildirib.
Müəllifin milyonlarla tirajlı daha əvvəlki əsərləri kimi bu kitab da Ağ Evin pərdəarxası həyatı və müəllifin “qeyri-sabit, ekssentrik və həssas” adlandırdığı prezidentlə bağlı məlumatlar vəd edir.
Yeni kitab xüsus təhqiqiatçı Robert Müllerin seçkiqabağı kampaniyası zamanı Trampın Rusiya ilə əlaqələrindən də bəhs edir.
Nəşriyyatın bildirdiyinə görə, Vulf 150-dən çox mənbəyə istinad edib. Lakin bu mənbələrin administrasiya daxilində yer alıb-almadığı barədə məlumat verilməyib.