Accessibility links

Tramp: Kohenin mənimlə bağlı söylədikləri "yanlış"dır


ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Konqres komitəsinə prezidentin “irqçi və yalançı olduğunu” söyləyəndən sonra Tramp cümə axşamı Maykl Kohenin “yanlış” olduğunu və “çox yalan” danışdığını deyib.

Vyetnamda Şimali Koreya lideri Kim Conq Unla sammit keçirəndən sonra mətbuat konfransında çıxış edən Tramp Kohenin dinləməsinə görə qəzəblənib, lakin eyni zamanda keçmiş vəkilini bir az tərifləyib.

"Fikrimcə, bu dərəcədə əhəmiyyətli sammit zamanı bu cür saxta dinləmə keçirmək çox pisdir. Yaxşı olardı əgər bunu iki gün sonra və ya gələn həftə etsəydilər. Onların daha çox vaxtı olardı, amma bu mühüm sammit zamanı etmələri çox maraqlıdır. O, çox sayda yalan danışdı. Amma maraqlıydı, çünki bir məsələ ilə bağlı yalan danışmadı. O, Rusiya ilə əlaqənin olmadığımı söylədi", Tramp bildirib.

Kohen çərşənbə günü Nümayəndələr Palatasının Nəzarət Komitəsinə onda Trampın kampaniyası ilə Rusiya arasında hər hansı əlaqənin olduğuna dair birbaşa sübutun olmadığını, lakin buna dair şübhələrinin olduğunu söyləyib.

Kohen Nümayəndələr Palatasının komitəsi önündə altı saat boyunca Trampın vəkili olaraq çalışdığı on il barədə danışıb.

Kohenin ifadəsi onun Konqresə yalan danışmaq, seçki kampaniyasındakı maliyyə pozuntuları, gizli pul ödənişləri və vergidən yayınma ittihamlarını qəbul edib, günahını etiraf etdiyinə görə üç illik həbs müddətinin başlamasından iki ay öncəyə təsadüf edib.

O, Konqresə Tramp Təşkilatının Moskvada Tramp Qülləsi inşa etmək səyləri barədə yalan danışdığını da boynuna alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG