Accessibility links

Tramp Komiyə qarşı əks-hücuma keçib [Video]


Tramp Komiyə qarşı əks-hücuma keçib
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Tramp Komiyə qarşı əks-hücuma keçib

Ceyms Komi ABC News kanalına verdiyi müsahibədə prezidentin əxlaq baxımından prezidentliyə layiq olmadığını deyəndən sonra Tramp administrasiyası Komiyə qarşı əks-hücuma keçib.

Prezident Tramp bazar ertəsi Floridada vergi kəsirlərini tərifləyib və Demokratların onları ləğv edəcəklərinə dair xəbərdarlıq edib.

O məndən keçmiş milli təhlükəsizlik müşaviri ilə bağlı cinayət istintaqını dayandırmağımı istədi. Mən bunu göstəriş olaraq qəbul etdim. O mənə, ‘ümid edirəm ki, bu məsələni buraxacaqsan dedi’
Ceyms Komi

“Onlar bu proqramı başa çatdırıb, vergiləri artırmaq istəyirlər. Biz isə buna icazə verə bilmərik, çünki ölkə artıq canlanmağa başlayıb, bizneslər isə geri qayıdır,” deyə Tramp bildirib.

Tramp həmçinin atdığı bir sıra tvit vasitəsilə vəzifədən uzaqlaşdırdığı sabiq Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Ceyms Komiyə hücum edib.

Komi ABC kanalına müsahibəsində prezidentin onu keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinin işinə baş qoşmamağa çağırmaqla ədaləti əngəllədiyini bildirib.

“O məndən keçmiş milli təhlükəsizlik müşaviri ilə bağlı cinayət istintaqını dayandırmağımı istədi. Mən bunu göstəriş olaraq qəbul etdim. O mənə, ‘ümid edirəm ki, bu məsələni buraxacaqsan dedi’,” Komi söyləyib.

Komi həmçinin deyib ki, Tramp prezidentliyə yaramır. O bu düşüncəsini müsahibə boyu bir neçə dəfə dilə gətirib.

“Mən onun əqli baxımdan prezidentliyə yaramadığını düşünmürəm. O, ortalamadan yuxarı zəkası olan bir insana bənzəyir. O, səninlə söhbət edəndə, səni dinləyir, cavab verir. Mənim demək istədiyim bu deyil. Məncə, o, əxlaq baxımından prezidentliyə layiq deyil,” deyə Komi bildirib.

Prezidenti dəstəkləyən və Komiyə hücum edənlərdən biri Ağ Evin müşaviri Kellian Konvey olub.

Donald Tramp və Ceyms Komi
Donald Tramp və Ceyms Komi

“Bu insan tarixin revizionist versiyasını təqdim edir. Prezident heç onu yaxşı tanımırdı,” Konvey deyib.

Ağ Evin Komiyə qarşı əks-hücumu demokratların və bəzi respublikaçıların narahtlığına səbəb olub. Onlar Trampın Rusiya istintaqına başçılıq edən xüsusi prokuror Robert Mülleri işdən çıxaracağından narahatdır.

Bu insan tarixin revizionist versiyasını təqdim edir. Prezident heç onu yaxşı tanımırdı
Kellian Konvey

Bəzi qanunvericilər Konqresin Mülleri qorumasını isətyir. Onlardan biri demokrat konqresmen Cerrold Nadlerdir.

“Əgər prezident hər hansı yolla xüsusi prokurorun istintaqına müdaxilə edib, ona xələl gətirməyə çalışsa, bu, cinayət törətmiş və düzgün isintaq aparılmasını istəməyən bir insanın hərəkətlərini xatırladacaq,” o söyləyib.

Ən son rəy sorğularının nəticələri göstərir ki, amerikalıların əksəriyyəti Müllerin Trampın kampaniyasının 2016-cı ildə keçirilən prezident seçkilərinin nəticələrinə təsir göstərmək üçün Rusiya ilə işbirliyi edib-etmədiyini araşdıran istintaqı başa çatdırmasını istəyir.

XS
SM
MD
LG