Accessibility links

Tramp-Komi münasibətləri [Video]


Tramp-Komi münasibətləri
please wait

No media source currently available

0:00 0:01:48 0:00

Tramp-Komi münasibətləri

“Ceyms buradadır. O məndən daha məşhurdur.”

Donald Tramp üçün ən gözəl vaxtlarda belə, bu sevgi-nifrət münasibətləri idi.

Prezidentin FBI direktoru ilə ədavəti seçki kampaniyası dövrü başlamışdı.

Komi ilk dəfə Hillari Klintonun e-mail serverinin istifadəsində səhlənkarlığa yol verdiyi şübhələrinin əsası olmadığını söyləyəndə Trampın tənqidlərinə məruz qalmışdı.

“Biz ittihamları təsdiq edə biləcək bir sübut aşkar etmədik.”

Bundan sonra Tramp çıxışlarında Klintonun həbs edilməli olduğunu deyirdi.

Buna baxmayaraq, Trampın Komiyə münasibəti seçkiyə 11 gün qalmış dəyişdi. O zaman FBI direktoru sabiq namizəd Klintonun işi ilə bağlı istintaqın bərpa edildiyini bildirmişdi. Demokratların fikrincə, bu bəyanat Trampa qələbəsinə yardımçı oldu.

“FBI direktoru Kominin etdiyi bu hərəkət hörmətə layiqdir. Bu onun reputasiyasını geri qaytardı.”

Amma, Tramp prezidentliyə başlayanda onun yanaşması yenidən dəyişdi. Xüsusən də, Komi Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı istintaqın başlandığını təsdiq edəndən sonra.

Ağ Ev rəsmiləri bildirir ki, Kominin işdən azad edilməsinin seçkilərlə heç bir əlaqəsi yoxdur. Bunu sübut olaraq, onlar Ədliyyə Nazirliyinin Kominin işdən çıxarılmasını tövsiyə edən məktubu nümayiş etdirdilər.

Bəzi qanunvericilər isə bu əsaslandırmanı qəbul etmir və Trampın Kominin işdən azad etməsinin əsl səbəbini sual edirlər.

“Administrasiyanın cavab verməli olduğu ilk sual “nə üçün bu indi edilib?” olmalıdır.”

Tramp isə öz növbəsində əmin şəkildə sualı belə cavablandırır.

“Çox sadə. O yaxşı işləmirdi.”

XS
SM
MD
LG